Hörmətli sahibkarlar, muəssisə və təşkilatların rəhbərləri!

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarının “Qeydlər” hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, cari ildə yaradılan sahibkarlıq subyektlərinin müvafiq meyarlar üzrə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən cari ilin yekunu üzrə Dövlət Statistika Komitəsinə təqdim ediləcək məlumatlar əsasında növbəti ilin may ayının 11-dən sonra aparılacaqdır.
Elektron arayışla bağlı hər hansı sual yarandıqda, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Tel: 377-10-70 (22-26), (34-60), (34-63), (34-62).

ƏRİZƏ FORMASI

Muəssisənin statistik identifikasiya kodu
Sahibkarlıq subyektinin adı (hüquqi və ya fiziki
şəxsin)
Muraciət edən səxsin:
adı
soyadı
atasının adı
Əlaqə məlumatları:
telefon
elektron poct unvanı
Unvanı: (şəhər, rayon
(indeks) kuçə, ev, mənzil)