Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03120459
Hesabatın adı
          12 - gəlmə turizm (Gəlmə turizmə dair)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 aprel 2018-ci il tarixli, 17/18 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          12-gəlmə turizm nömrəli statistik müayinə forması əsasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizə həyata keçirdikləri səfərləri, o cümlədən turist səfərləri haqqında statistik məlumatlar əldə ediləcəkdir.
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Seçmə statistik müayinə ; Statistik müayinə başa çatdıqdan sonra 30 gün ərzində
Müşahidə dairəsi
          Statistik müayinə sorğusu sərhəd-buraxılış məntəqələrindən keçərək ölkə ərazisini tərk edən əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən təsadüfi qaydada seçilmiş 15 və yuxarı yaşda şəxslərin cavabları əsasında aparılır.
Uçot vahidi
          Ölkə sərhəddini keçən şəxs
İstifadə olunduğu sahə
          Turizm statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2275
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Gəlmə turizmə dair seçmə statistik müayinənin keçirilməsində əsas məqsəd ölkəmizə turizm məqsədilə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məqsədləri, gəlir və xərcləri, yerləşməsi, istifadə etdikləri nəqliyyat vasitələri və s. haqqında aktual və ətraflı statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizmin satellit hesabının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsindən ibarətdir.
İstifadəçilər
          Dövlət orqanları, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Seçməyə düşmüş respondentlərin ilkin məlumatları
Məlumatların toplanması forması
          Statistik müayinə forması rüb başa çatdıqdan sonra 30 gün ərzində yerli statistika orqanları tərəfindən Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) elektron formada təqdim edilir.
Hazır olma vaxtı
          Rüb başa çatdıqdan sonra 30 gün ərzində
Keyfiyyətə nəzarət və baxış
          Müayinə formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər BMT-nın turizm statistikası üzrə beynəlxalq tövsiyələri və Ümumdünya Turizm Təşkilatının tövsiyələri və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Gəlmə turizm-Azərbaycan Respublikasında yaşamayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləridir. Turist-istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir. Turizm yollayışı–ciddi hesabat blankı olub, proqramla nəzərdə tutulmuş xidmətlərin dəyərinin ödənildiyini təsdiq edən sənəddir. Respondent–sərhəd-buraxılış məntəqəsində statistik müayinəni aparan şəxsin suallarına cavab verən 15 və yuxarı yaşda əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, Dünya ölkələri, İqtisadi fəaliyyət növlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçilmiş nümunələrin göstəricilərinin dəqiqliyinin müəyyən edilməsi üçün kənarlaşmaların qiymətləndirilməsi.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
Digər sahələrlə əlaqəsi
          Nəqliyyat statistikası, Turizm statistikası , İaşə statistikası , Miqrasiya və gender statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda turizm
Nəşr:bülleten
          Gəlmə və xarici (getmə) turizm
Arxivləşdirmə
          Kağız, elektron