Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03120457
Hesabatın adı
          4-daxili turizm (Daxili turizmə dair)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 aprel 2018-ci il tarixli, 16/18 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Statistika müayinəsi ev təsərrüfatlarının 0,5 faizi əhatə olunmaqla ölkənin bütün rayonlarında (şəhərlərində) aparılır. Azərbaycan vətəndaşlarının, ölkə daxilində həyata keçirdikləri turist səfərləri barədə məlumat əldə edilir.
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Seçmə statistik müayinə ; Statistik müayinə başa çatdıqdan sonra 30 gün ərzində
Müşahidə dairəsi
          Seçməyə düşmüş ev təsərrüfatlarının 15 və yuxarı yaşda olan ailə üzvləri
Uçot vahidi
          Seçməyə düşmüş ev təsərrüfatları
İstifadə olunduğu sahə
          Turizm statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2275
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Daxili turizmə dair seçmə statistik müayinənin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarının ölkə daxilində həyata keçirdikləri turizm səfərlərinin sayı, turizm xərcləri, istifadə olunan nəqliyyat vasitələri haqqında statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizm köməkçi hesablarının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsindən ibarətdir.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Seçməyə düşmüş respondentlərin ilkin məlumatları
Məlumatların toplanması forması
          Statistik müayinə başa çatdıqdan sonra 30 gün ərzində yerli statistika orqanları tərəfindən Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) elektron formada təqdim edilir.
Hazır olma vaxtı
          Hesabat başa çatdıqdan sonra 2 ay ərzində. Təlimatlandırılmış sayıcılar tərəfindən seçməyə düşmüş ev təsərrüfatlarının yaşı 15-dən yuxarı olan ailə üzvləri arasında bilavasitə sorğu vasitəsilə müayinə formalarına yazılır.
Keyfiyyətə nəzarət və baxış
          Müayinə formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər "Turizm haqqında Azərbaycan Respublikasının Qanunu", Ümumdünya Turizm Təşkilatının turizm statistikasına dair tövsiyyələri, Avrostat və digər beynəlxalq qurumların metodoloji vəsaitləri əsasında hazırlanmışdır.
Göstəricilərin izahı
          Turizm-AR-sı vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləridir). Daxili turizm-AR-da yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləridir. Turist-istirahət, sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir. Respondent-seçməyə düşmüş ev təsərrüfatında müayinəni aparan şəxsin suallarına cavab verən ev təsərrüfatı üzvüdür.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, Dünya ölkələri
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçilmiş nümunələrin göstəricilərinin dəqiqliyinin müəyyən edilməsi üçün kənarlaşmaların qiymətləndirilməsi.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
Digər sahələrlə əlaqəsi
          Registr , Seçmə
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          Daxili turizm
Arxivləşdirmə
          Kağız, elektron