Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03120101
Hesabatın adı
          4-turizm №-li forma (Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 04.07.2017-ci il tarixli 11/18 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin fəaliyyəti xidmətləri
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  fevral ayının 15-dək
Müşahidə dairəsi
          Bütün turist təşkilatları, habelə, turizm fəaliyyəti ilə (vaxtaşırı və ya müntəzəm) məşğul olan qeyri-turist müəssisələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Turizm statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2275
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          4-turizm №-li (rüblük) rəsmi statistika hesabatı forması səyahət agentlikləri, turoperatorlar və turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən sahibkarlıq subyektlərinin gəlir və xərcləri, əhaliyə satılmış turizm yollayışlarının sayı və dəyəri, turizm yollayışlarından istifadə etməklə ölkə daxilində və xarici ölkələrə səyahət edən Azərbaycan Respublikası vətəndaşlarının sayı və s. göstəricilərlə bağlı məlumatların toplanması və nəşri üçün nəzərdə tutulmuşdur. Hesabat 15 ildən artıqdır ki, tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat real vaxt rejimində təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          hesabat dövründən sonrakı ayın 15-i
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər "Turizm haqqında Azərbaycan Respublikasının Qanunu", BMT-nın turizm statistikası üzrə beynəlxalq tövsiyələri, Ümumdünya Turizm Təşkilatının tövsiyələri və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Turizm yollayışı - ciddi hesabatlı blank olub, proqramda nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəddir; Turoperator - turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatıdır; Turagentlik - turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm-ekskursiya fəaliyyətinin təşkili üzrə (informasiya, reklam, marketinq və s.) digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilatdır;
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, Dünya ölkələri, İqtisadi fəaliyyət növlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Müşahidə başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik işlər proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Turizm statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda turizm
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron