Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03120051
Hesabatın adı
          1-reklam (Reklam xidmətləri haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 26 yanvar 2015-ci il tarixli 9/13 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısı kimi fəaliyyət göstərən hüquqi şəxslər, onların filial və nümayəndəliklərinin fəaliyyəti haqqında
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat ilindən sonra, aprelin 1-dək
Müşahidə dairəsi
          Reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti və reklam yayıcısı kimi fəaliyyət göstərən hüquqi şəxslər və onların xüsusi bölmələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Cari və illik hesabatlar statistikası, Turizm statistikası , Bazar xidmətlərinin statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2275
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Reklam ilə məşğul olan müəssisələrin sayı, reklamın yaradılması, istehsalı, yerləşdirilməsi və yayımına, həmçinin reklam agentliklərinə dair məlumatlar, bununla yanaşı reklam xidmətilərinin yerinə yetirilməsinə dair bağlanmış müqavilələr haqqında məlumatlar və s. göstəricilərlə bağlı məlumatların toplanması və nəşridir. Hesabat 10 ildən artıqdır ki, tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat elektron sənəd formasında təqdim oluna bilər.
Hazır olma vaxtı
          Aprel ayının 16-da
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər MDB təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı “Reklam xidmətləri haqqında” 1-reklam №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə verilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik işlər proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Bazar xidmətlərinin statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanda ödənişli xidmətlər
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron