Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03120046
Hesabatın adı
          12- mehmanxana №-li forma (Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 04.07.2017-ci il tarixli 10/18 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat dövründən sonrakı ayın 10-dək
Müşahidə dairəsi
          Hesabatı təşkilatı - hüququ formasından və mülkiyyət növündən asılı olmayaraq yerləşdirmə xidmətləri göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, onların filial və nümayəndəlikləri təqdim edir.
Uçot vahidi
          Yerli vahid , Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Turizm statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (+99412) 538-81-76
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi mehmanxana və mehmanxana tipli müəssisələrin sayı, bu müəssisələrdə nömrələrin (otaqların) sayı, birdəfəlik tutum, yerləşdirilmiş şəxslərin və gecələmələrin sayı, müəssisələrin gəlir və xərcləri, işçilərinin sayı, və.s məlumatların əldə edilməsidir. Hesabat 15 ildən artıqdır ki, tərtib olunur
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Məlumatlar hesabat dövründən sonrakı ayın 10-dək real-vaxt rejimində təqdim edilir.
Hazır olma vaxtı
          hesabat dövründən sonrakı ayın 25-i
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Ümumdünya Turizm Təşkilatının turizm statistikasına dair tövsiyyələri, Avrostat və digər beynəlxalq qurumların metodoloji vəsaitləri əsasında hazırlanmışdır.
Göstəricilərin izahı
          Nömrələrinin sayı müəyyən minimum saydan çox olan, vahid rəhbərliyə malik, nömrələrində gündəlik yataqların səliqəyə salınması və sanitar qovşağının yığışdırılması daxil edilməklə, turistlərə müəyyən xidmətlər göstərilən, xidmətlərin və mövcud olan avadanlıqların səviyyəsinə əsasən qrup və kateqoriyalara bölünən müəssisələrdir.Birdəfəlik tutum - mehmanxana və mehmanxana tipli müəssisələrdə mövcud olan yerlərin (çarpayıların) sayı nəzərdə tutulur. Yerləşdirilmiş şəxslər - il ərzində yollayışla və yollayışsız gələn şəxslərin mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilməsidir. Gecələmələr-Nömrə və yerlərin bronlaşdırılmasını daxil etməklə, il ərzində istifadə olunmuş daimi və müvəqqəti yerlərin sayını əks etdirir və mehmanxanada gecələyənlərin qeydiyyat kitabı əsasında təyin edilir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, Dünya ölkələri, İqtisadi fəaliyyət növlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat məlumatları dərhal yoxlanılır, xətalar aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması
Digər sahələrlə əlaqəsi
          Turizm statistikası , İaşə statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda turizm
Nəşr:bülleten
          Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında
Arxivləşdirmə
          Kağız, elektron