Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03117254
Hesabatın adı
          Dəniz nəqliyyatı ilə yükdaşıma qiymətləri haqqında 12-qiymət (dəniz) №-li aylıq rəsmi statistika hesabatı forması
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu il 22 yanvar tarixli 6/04 №-li qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          Dəniz nəqliyyatı ilə yükdaşıma qiymətləri haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat ayından sonrakı ayın 2-ci iş günündən gec olmayaraq
Müşahidə dairəsi
          “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Beynəlxalq informasiya təminatı , Nəqliyyat statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-52-72
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi dəniz nəqliyyatı vasitəsilə yükdaşımaların istehsalçı qiymətlərinə dair məlumatların toplanması, qiymət indekslərinin hesablanması və istifadəçilərin bu məlumatlara olan zəruri tələbatının ödənilməsindən ibarətdir.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat ayından sonrakı ayın 8-i.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər BMT, Avrostat, BVF, Dünya Bankı və digər beynəlxalq təşkilatların metodoloji materialları əsasında tərtib edilmişdir.
Göstəricilərin izahı
          Dəniz nəqliyyatı vasitəsilə yüklərin müəyyən olunmuş məsafəyə daşınması qiymətlərinin dəyişməsini xarakterizə edir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat ayı üzrə qiymətlərin müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir
Seçmə xətası
          Seçmə xətasının hesablanması həyata keçirilmir
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat ayından sonrakı ayın 2-ci iş günündən gec olmayaraq elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim eilməlidir.
Digər sahələrlə əlaqəsi
          Nəqliyyat statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qiymətlər
Nəşr:bülleten
          İstehsalçı qiymət indeksləri
Arxivləşdirmə
          Kağız, elektron