Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03117252
Hesabatın adı
          Boru kəməri nəqliyyatı ilə qaz nəqlinin qiymətləri haqqında
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 06 dekabr tarixli 46/04 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Boru kəməri nəqliyyatı ilə qaz nəqlinin qiymətləri haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat ayından sonrakı ayın 2-ci iş günündən gec olmayaraq
Müşahidə dairəsi
          Əsas fəaliyyət növü qazın nəqli olan nəqliyyat müəssisələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Beynəlxalq informasiya təminatı , Nəqliyyat statistikası, İstehsalçı qiymətləri statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-52-72
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi boru kəməri nəqliyyatı ilə qaz nəqlinin qiymətləri haqqında məlumatların toplanması, qiymət indekslərinin hesablanması və istifadəçilərin bu məlumatlara olan zəruri tələbatının ödənilməsindən ibarətdir.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat ayından sonrakı ayın 2-ci iş günü
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formasının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər BMT, Avrostat, BVF, Dünya Bankı və digər beynəlxalq təşkilatların metodoloji materialları əsasında tərtib edilmişdir.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 06 dekabr tarixli 46/04 №-li qərarı ilə təsdiq edilmiş ""Boru kəməri nəqliyyatı ilə qaz nəqlinin qiymətləri haqqında" 12-qiymət (qaz nəqli) №-li aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş"də verilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Məhsul növləri təsnifatı, Ölçü vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat ayı üzrə qiymətlərin müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçmə xətasının hesablanması həyata keçirilmir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Müəssisələr tərəfindən hesabat dövründən sonrakı ayın 2-ci iş günündən gec olmayaraq Dövlət Statistika Komitəsinin www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir.
Digər sahələrlə əlaqəsi
          Nəqliyyat statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanda qiymətlər
Nəşr:bülleten
          İstehsalçı qiymət indeksləri
Arxivləşdirmə
          Kağız, elektron