Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03117251
Hesabatın adı
          Sənaye məhsullarının istehsalçı qiymətləri, sənaye xarakterli xidmətlərin qiymətləri (tarifləri) və sənaye müəssisələri tərəfindən məhsul istehsalı məqsədilə əldə olunan xammal və materialların qiymətləri haqqında hesabat
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 30 yanvar 2012-ci il tarixli 7/04 nömrəli qərarı ilə təsdiq olunmuşdur.
Qısa məzmunu
          Sənaye müəssisələri tərəfindən istehsal olunan və satılan sənaye məhsullarının istehsalçı qiymətləri, göstərilən sənaye xarakterli xidmətlərin qiymətləri (tarifləri), məhsul istehsalı məqsədilə əldə olunan xammal və materialların qiymətləri haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat ayının 25-dək
Müşahidə dairəsi
          Sənaye müəssisələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Beynəlxalq informasiya təminatı , Cari və illik hesabatlar statistikası, İqtisadi balanslar statistikası , Sənaye statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          538 52 72
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi sənaye məhsullarının istehsalçı qiymətləri, göstərilmiş sənaye xarakterli xidmətlərin qiymətləri (tarifləri) və müəssisələr tərəfindən məhsul istehsalı məqsədilə əldə olunmuş xammal və materialların qiymətlərinə dair məlumatların toplanması və bu sahədə qiymət indekslərinin hesablanması və nəşridır. Hesabatın 1-ci bölməsi 10 ildən artıqdır ki, tətbiq olunur. 2010-cu ildən isə hesabatın 2-ci və 3-cü bölmələri üzrə məlumatlar yığılır.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat ayından sonrakı ayın 8-i.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Statistika Bürosu, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri və tövsiyələri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı Dövlət Statistika Komitəsinin 30 yanvar 2012-ci il tarixli 7/04 nömrəli qərarı ilə təsdiq olunmuş hesabat formasının doldurulmasına dair göstərişdə verilmişdir.
Təsnifatlar
          İqtisadi fəaliyyət növlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı, Sənaye məhsulları statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat ayı üzrə qiymət məlumatlarının müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçmə xətasının hesablanması həyata keçirilmir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Sənaye müəssisələri hesabat ayının 25-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.
Digər sahələrlə əlaqəsi
          Sənaye statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanda qiymətlər
Nəşr:bülleten
          İstehsalçı qiymət indeksləri
Arxivləşdirmə
          Elektron