Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03117144
Hesabatın adı
          1-topdansatış qiymət (Topdansatış qiymətləri haqqında rəsmi statistika müşahidəsi blankı)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 127/04 saylı 26 noyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          1-topdansatış qiymət aylıq rəsmi statistika müşahidə blankı topdan ticarətlə məşğul olan hüquqi və fiziki şəxslər üzrə qiymət qeydiyyatçıları tərəfindən toplanılır.
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat ayının 25-dək
Müşahidə dairəsi
          topdansatış ticarət müəssisələri
Uçot vahidi
          Yerli vahid , Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Daxili ticarət statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +994 12 538 52 72
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Statistik müşahidə topdansatış subyektləri tərəfindən mallara, məhsullara aid olan qiymətlər səviyyəsinin dəyişdirilməsinin müəyyən edilməsi və topdan satış qiymətlərinin indeksinin hesablanması məqsədi ilə təşkil olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat forması kağız və online proqramı vasitəsilə toplanılır
Hazır olma vaxtı
          Hesabat ayından sonrakı ayın 8-i
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalkq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Statistika Bürosu, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri və tövsiyələri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı Dövlət Statistika Komitəsinin 127/04 saylı 26 noyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş hesabat formasının doldurulmasına dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Məhsul növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Hesabat ayı üzrə qiymət məlumatlarının müqayisəsi zamanı xəta və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Seçmə xətasının hesablanması həyata keçirilmir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Topdansatış müəssisələri hesabatı hesabat ayının 25-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.
Digər sahələrlə əlaqəsi
          Daxili ticarət statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron