Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03115040
Hesabatın adı
          1-VVADQ (Rayonu (şəhəri) üzrə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında hesabat)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 aprel 2012-ci il tarixli, 24/05 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri və nikah evləri hesabat dövründən sonrakı ayın 7-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına, statistika orqanı isə hər ayın 10-dək Dövlət Statistika Komitəsinə təqdim edir.
Müşahidə dairəsi
          Doğulanlar, ölənlər, nikaha daxil olanlar və boşananlar
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Demoqrafiya və gender statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          538-51-43; 538-86-44; 538-74-51
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Doğulanlar, ölənlər, nikaha daxil olanlar və boşananlar haqqında statistik məlumatların əldə edilməsi
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          İnzibati mənbələr
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonrakı ayın 30-u
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarına və BMT-nin müvafiq tövsiyyəsi.
Göstəricilərin izahı
          Göstəricilərin izahı 1-VVADQ nömrəli rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə verilmişdir
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabat təqdim ediləndən sonra yekun məlimatın əvvəlki ay ilə müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhv aşkar olunduqda dəqiqləşdirilərək düzəliş edilir.
Seçmə xətası
          Hesabat Ədliyyə Nazirliyi tərəfindən təqdim etdiyindən Dövlət Statistika Komitəsi seçmə aparmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat üzrə məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda gəncləri, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar
Nəşr:bülleten
          Azərbaycanın əhalisi
Arxivləşdirmə
          Kağız, elektron