Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03112041
Hesabatın adı
          1-xidmət №-li forma (Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 03 dekabr 2013-cü il tarixli 132/09 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Malların istehsalı, yüklənməsi və xidmətlərin göstərilməsi haqqında
Dövriliyi
           Aylıq, Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  rüblük dövriliklə hesabat rübündən sonrakı ayın 20-dək
          Kiçik olmayan sahibkarlıq subyektləri   aylıq dövriliklə hesabat ayından sonrakı ayın 5-ci iş günün birinci yarısınadək
Müşahidə dairəsi
          Xidmət fəaliyyəti göstərən müəssisələr
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Nəqliyyat statistikası, Rabitə statistikası, Turizm statistikası , İaşə statistikası , Bazar xidmətlərinin statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-81-76
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Göstərilmiş xidmətlərin həcmi haqqında informasıya əldə edilməsi.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Aylıq hesabat təqdim edildikdə hər ayın 5-ci iş günü, rüblük hesabat təqdim edildikdə hər rübdən sonrakı ayın 20-si
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər MDB-nin və beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          “Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında” 1-xidmət №-li aylıq/rüblük rəsmi statistika hesabatı formasının doldurulmasina dair göstəriş.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 03 dekabr 2013-cü il tarixli 132/09 №-li Qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Məhsul növləri təsnifatı, Mülkiyyət formalarının təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
Digər sahələrlə əlaqəsi
          Cari və illik hesabatlar statistikası, Turizm statistikası , İaşə statistikası , Bazar xidmətlərinin statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanda nəqliyyat, Azərbaycanda Telekommunikasiya və Poçt, Azərbaycanda turizm, Azərbaycanda ödənişli xidmətlər
Nəşr:bülleten
          Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər
Arxivləşdirmə
          Kağız, elektron