Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109310
Hesabatın adı
          2 №-li (DYP) forma (Yol Hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat dövründən sonrakı ayın 15-dək
Müşahidə dairəsi
          Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Registr
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-62-96
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Ölkədə yol hərəkəti ilə bağlı inzibati xətalar, yol hərəkətinin təşkili, təhlükəsizliyi sahəsində görülmüş işlər barədə, nəqliyyat vasitələrinin qeydiyyatı, sürücülük kadrlarının hazırlanması haqqında məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istifadəçilərə məlumat verməkdir. Hesabat forması 10 ildən yuxarıdır tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, beynəlxalq təşkilatlar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi hesabat dövründən sonrakı ayın 15-dək yerləşdiyi rayonun statistika orqanına təqdim edir.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Beynəlxalq Nəqliyyat Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          “Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə qeyd olunmuşdur.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          Ölçü vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Məlumatların qəbulunda və istifadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir. Statistik işlər proqramına, rüblük iş planlarına uyğun müəyyən olunmuş vaxtda nəşr olunur.
Digər sahələrlə əlaqəsi
          Registr , Keyfiyyətin idarə olunması
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda nəqliyyat, Regionların sosial-iqtisadi inkişafı , Azərbaycanda təhsil, elm və mədəniyyət
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron