Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109103
Hesabatın adı
          30 №-li forma (metro) (Metro nəqliyatının əsas göstəriciləri haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 08 iyul tarixli 23/09 nömrəli qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          Metro nəqliyyatının əsas göstəriciləri haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat dövründən sonrakı ayın 5-ci iş günü
Müşahidə dairəsi
          Bakı Metropoliteni (İFNT üzrə 49310)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Registr
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 538 62 96
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi metro nəqliyyatının ümumi iqtisadi göstəriciləri, texniki-iqtisadi göstəriciləri haqqında məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istifadəçilərə məlumat verməkdir. Hesabat forması 10 ildən yuxarıdır tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Bakı Metropoliteni hesabat dövründən sonrakı ayın 5-ci iş günü yerləşdiyi rayonun (şəhərin) statistika orqanına təqdim edir.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Beynəlxalq Nəqliyyat Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          “Metro nəqliyyatının əsas göstəriciləri haqqında” 30 №-li (metro) aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş Dövlət Statistika Komitəsinin 2015-ci il 08 iyul tarixli 23/09 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Məlumatların qəbulunda və istifadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir. Statistik işlər proqramına, rüblük iş planlarına uyğun müəyyən olunmuş vaxtda nəşr olunur.
Digər sahələrlə əlaqəsi
          Registr
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda nəqliyyat
Nəşr:bülleten
          Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər
Arxivləşdirmə
          Kağız, elektron