Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109099
Hesabatın adı
          Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti haqqında
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 21.02.2018-ci il tarixli 6/18 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  sonrakı ayın 30-dək təqdim edir.
Müşahidə dairəsi
          Dəmir yolu, dəniz və hava nəqliyyatı müəssisələri (İFNT üzrə 49201,50201,51100)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Registr
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-62-96
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Ölkədə ərazisində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində nəqliyyat işi, növlər üzrə yüklərin daşınması haqqında məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istifadəçilərə məlumat verməkdir.
İstifadəçilər
          Dövlət orqanları, beynəlxalq təşkilatlar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən hesabat dövründən sonrakı ayın 30-dək təqdim olunur
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Beynəlxalq Nəqliyyat Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti haqqında” 1 №-li ND (nəqliyyat dəhlizi) aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 21.02.2018-ci il tarixli 6/18 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          İqtisadi fəaliyyət növlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı, Yük təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Məlumatların qəbulunda və istifadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir
Digər sahələrlə əlaqəsi
          Registr
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda nəqliyyat
Nəşr:bülleten
          Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər
Arxivləşdirmə
          Kağız, elektron