Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109090
Hesabatın adı
          5-aviasiya (Aviasiya nəqliyyatının işinin əsas göstəriciləri haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 11 iyun tarixli 39/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Aviasiya nəqliyyatının işinin əsas göstəriciləri, yük və sərnişin daşınması, onların dövriyyəsi haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Hesabat ayından sonrakı ayın 4-cü iş günü
Müşahidə dairəsi
          Hava nəqliyyatı ilə yük və sərnişin daşınmasını həyata keçirən müəssisələr (İFNT üzrə kodu - 51)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Registr
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-62-96
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi hava nəqliyyatının işinin əsas göstəriciləri haqqında məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istfadəçilərə məlumat verməkdir. Hesabat forması 1991-ci ildən tətbiq olunur (dəyişikliklər edilməklə).
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Məlumatların yekunu hər ayın ikinci ongünlüyündə hazı olunur. Nəşrlərin təqvim planına uyğun olaraq məlumatların nəşri təmin olunur.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Beynəlxalq Nəqliyyat Forumu, İqtsadi Əməkdaşlıq və İnkşaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istfadə olunur.
Göstəricilərin izahı
          “Aviasiya nəqliyyatının işinin əsas göstəriciləri haqqında” 5-aviasiya nömrəli aylıq rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 11 iyun tarixli 39/9 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Mülkiyyət formalarının təsnifatı, Ölçü vahidlərinin təsnifatı, Yük təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Məlumatların qəbulunda və istfadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          İşlər Statistik işlər proqramına, rüblük iş planlarına uyğun müəyyən olunmuş vaxtda həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Registr
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda nəqliyyat
Nəşr:bülleten
          Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər
Arxivləşdirmə
          Kağız, elektron