Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109079
Hesabatın adı
          65-aviasiya (Aviasiya nəqliyyatının işi haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 11 iyun tarixli 39/09 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Aviasiya nəqliyyatının işi, yük və sərnişin daşınmaları, əldə olunan gəlirlər və s. haqqında hesabat
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Hesabat dövründən sonrakı ayın 30-dək (illik dövrilikdə 90 gün müddətinə)
Müşahidə dairəsi
          Hava nəqliyyatı ilə yük və sərnişin daşınmasını həyata keçirən müəssisələr (İFNT üzrə əsas fəaliyyət kodu - 51)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Registr
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-62-96
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Ölkədə aviasiya nəqliyyatının ümumi iqtisadi göstəriciləri, sərnişin və yük daşınmalarından daxil olmalar, qeyri – rezidentlərdən daxil olmalar, qeyri–rezidentlərə ödənişlər və s. haqqında əsas məlumatları toplamaq, onları qruplaşdırmaq, məcmuə məlumatlarına daxil etmək və istfadəçilərə məlumat verməkdir. Hesabat forması 1991-ci ildən tətbiq olunur (zəruri dəyişikliklər edilməklə).
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Məlumatlar Statistik işlər planına uyğun müəyyən olunmuş vaxtda hazırlanır.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər nəqliyyat sahəsində statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Beynəlxalq təşkilatlar, o cümlədən Avrostat, Beynəlxalq Nəqliyyat Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və sair tərəfindən müəyyənləşdirilmış göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur. Hesabat formasının tərtibinə dair metodoloji izahatlar mövcuddur.
Göstəricilərin izahı
          “Aviasiya nəqliyyatının işi haqqında” 65-aviasiya nömrəli rüblük rəsmi statistika hesabatının doldurulmasına dair göstəriş.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 11 iyun tarixli 39/09 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          Ölçü vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Məlumatların qəbulunda və istifadəsində xəta aşkar olunduqda şifahi və yazılı qaydada respondentə məlumat verilir, müvafiq düzəlişlər edilir və hesabat yenidən təqdim olunur. Xətaların qeydiyyatı aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir
Digər sahələrlə əlaqəsi
          Registr , Maliyyə statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Əmək bazarı
Nəşr:bülleten
          Nəqliyyat, informasiya və rabitə üzrə əsas statistik göstəricilər
Arxivləşdirmə
          Kağız, elektron