Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109030
Hesabatın adı
          1-fərdi sahibkarlıq (xidmət) №-li forma (fərdi sahibkarların-fiziki şəxslərin fəaliyyəti haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12.11.2012-ci il tarixli 78/9 №-li sərəncamı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Fərdi sahibkarların-fiziki şəxslərin fəaliyyəti haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Seçmə statistik müayinə ; Hesabat dövrü bitəndən 20 gün sonra
Müşahidə dairəsi
          Xidmət fəaliyyəti göstərən fiziki şəxslər
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Turizm statistikası , İaşə statistikası , Bazar xidmətlərinin statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2275
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Göstərilmiş xidmətlərin həcmi haqqında informasıya əldə edilməsi.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat təqdim edildikdən 15 gün sonra
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər MDB-nin və beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Fərdi sahibkarların – fiziki şəxslərin fəaliyyəti haqqında 1-fərdi sahibkarlıq (xidmət) №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12.11.2012-ci il tarixli 78/9 №-li sərəncamı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Məhsul növləri təsnifatı, Mülkiyyət formalarının təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Hesablanır
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
Digər sahələrlə əlaqəsi
          Cari və illik hesabatlar statistikası, Turizm statistikası , İaşə statistikası , Bazar xidmətlərinin statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda ödənişli xidmətlər
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron