Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03108213
Hesabatın adı
          1-istehsal (ticarət və texniki xidmət) №-li forma
Təsdiq olunma tarixi
          16 dekabr 2013-cü il,qərar nömrə 139/13
Qısa məzmunu
          Hüquqi şəxs statuslu müəssisələrdə malların və xidmətlərin istehsalı və satışı haqqında
Dövriliyi
           Aylıq, Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat ayından sonrakı ayın 5-ci iş günün birinci yarısınadək
Müşahidə dairəsi
          Ticarət fəaliyyəti və nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, yaşayış üçün xidmətlərin göstərilməsi, içki və yeməklərin satışı, səyahət agentliklərinin və turoperatorların xidmətləri və reklam sahəsində xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olan hüquqi şəxs statuslu müəssisələr
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Məlumatların yayılması, Cari və illik hesabatlar statistikası, İqtisadi balanslar statistikası , İaşə statistikası , Daxili ticarət statistikası , Ərzaq balansları statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          538-77-25
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi ticarət və nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, yaşayış üçün xidmətlərin göstərilməsi, içki və yeməklərin satışı, səyahət agentliklərinin və turoperatorların xidmətləri və reklam sahəsində xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərən hüquqi şəxs statuslu müəssisələrin fəaliyyəti haqqında Milli Hesablar Sisteminin tələblərinə, Beynəlxalq standartlara və istifadəçilərin tələblərinə uyğun göstəricilərin əldə edilməsi;
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Kağız və elektron formasında.
Hazır olma vaxtı
          Aylıq dövrilik üzrə hesabat ayından sonrakı ayın 7-ci iş günü, rüblük dövrilik üzrə hesabat rübündən sonrakı ayın 30-cu iş günü
Keyfiyyətə nəzarət və baxış
          Hesabat göstəricilərinin keyfiyyətinin yoxlanması müvafiq proqram təminatı əsasaında aparılır
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          2006-cı ilin 7-10 martda Nyu-York şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Statistika komissiyasının 37-ci sessiyasında qəbul edilmiş qərarına uyğun olaraq hazırlanmış "Pərakəndə və topdansatış ticarət statistikası üzrə beynəlxalq tövsiyyələr, 2008-ci il". SBS ilə əlaqədar Avropa Parlamenti və Şurasının 11/03/2008-ci il tarixli,295/2008 saylı qərarının yerinə yetirilməsi ilə əlaqədarKomissiyanın 11/03/2009-cu il tarixli, 250/2009 saylı qərarı
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-istehsal (ticarət və texniki xidmət) hesabat formasının doldurulmasına dair göstərişdə verilmiş və metaməlumatlar bazasında yerləşdirilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Məhsul növləri təsnifatı, Mülkiyyət formalarının təsnifatı, Ölçü vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Müşahidə nümunələrinin göstəriciləri üzrə orta kəmiyyət, standart kənarlaşma, variasiya əmsalı hesablanır və seçmə məcmu üzrə orta xəta baş məcmuya şamil edilir.
Seçmə xətası
          Müəssisələrin böyüklüyünə (işçilərin sayına) görə müşahidə nümunələri 5-10% xəta ilə seçilir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən yerinə yetirilir.
Digər sahələrlə əlaqəsi
          Məlumatların yayılması, İşçi qüvvəsinin tədqiqatı statistikası, Beynəlxalq məlumat mübadiləsi, Cari və illik hesabatlar statistikası, İqtisadi balanslar statistikası , Sənaye statistikası , Tikinti statistikası , Energetika statistikası , Bitkiçilik statistikası , Nəqliyyat statistikası, Rabitə statistikası, Turizm statistikası , İaşə statistikası , Bazar xidmətlərinin statistikası, Daxili ticarət statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın milli hesabları, Azərbaycanda kiçik sahibkarlıq , Azərbaycanda ticarət, Regionların sosial-iqtisadi inkişafı , Azərbaycanda turizm, Azərbaycanın ərzaq balansları
Nəşr:bülleten
          Sənaye işinin əsas göstəriciləri (kiçik sahibkarlıq subyektləri istisna olmaqla)
Arxivləşdirmə
          Elektron