Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03108053
Hesabatın adı
          Fiziki şəxslərin ticarət fəaliyyəti haqqında 1- ticarət (fiziki şəxs) №li forma
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 19 iyul 2012-ci il tarixli 59/13 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Fiziki şəxslərin ticarət fəaliyyətinə dair məlumatlar: pərakəndə, topdansatış ticarət və iaşə dövriyyəsi, əmtəə qalığı, ticarət və anbar şəbəkəsi və s. haqqında məlumat
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
Müşahidə dairəsi
          Hüquqi şəxs yaratmadan ticarət və iaşə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Cari və illik hesabatlar statistikası, Sənaye statistikası , İaşə statistikası , Daxili ticarət statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-76-95, (012)538-77-25
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi ticarət və iaşə sahəsində fəaliyyət göstərən, hüquqi şəxs statusu olmayan fiziki şəxslərin (fərdi sahibkarların) ticarət və iaşə fəaliyyəti haqqında məlumatların toplanmasıdır. İstifadə sferası pərakəndə əmtəə və iaşə dövriyyəsinin ümumi həcminin hesablanması.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan)
Məlumatların toplanması forması
          Hesabat elektron sənəd formasında təqdim olunur. Elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdimi də nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          fevral, may, avqust, noyabr aylarının 15-i
Keyfiyyətə nəzarət və baxış
          Hesabat göstəricilərinin yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          2006-cı ilin 7-10 martda Nyu-York şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Statistika komissiyasının 37-ci sessiyasında qəbul edilmiş qərarına uyğun olaraq hazırlanmış "Pərakəndə və topdansatış ticarət statistikası üzrə beynəlxalq tövsiyyələr, 2008-ci il". SBS ilə əlaqədar Avropa Parlamenti və Şurasının 11/03/2008-ci il tarixli,295/2008 saylı qərarının yerinə yetirilməsi ilə əlaqədarKomissiyanın 11/03/2009-cu il tarixli, 250/2009 saylı qərarı
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-ticarət(fiziki şəxs)hesabat formasının doldurulmasına dair göstərişdə verilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Məhsul növləri təsnifatı, Mülkiyyət formalarının təsnifatı, Hüquqi vahidlərin təşkilati-hüquqi formalar
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Müşahidə nümunələrinin hər bir göstəricisi üzrə orta kəmiyyət, standart kənarlaşma, variasiya əmsalı hesablanılır və orta xəta baş məcmuya şamil edilir.
Seçmə xətası
          Müəssisələrin böyüklüyünə (işçilərinin sayına) görə müşahidə nümunələri 5-10% xəta ilə seçilir.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Sənaye statistikası , Tikinti statistikası , Bitkiçilik statistikası , Nəqliyyat statistikası, Rabitə statistikası, İaşə statistikası , Bazar xidmətlərinin statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda kiçik sahibkarlıq , Azərbaycanda ticarət, Azərbaycanda turizm
Nəşr:bülleten
          Fərdi sahibkar təsərrüfatlarının fəaliyyəti haqqında
Arxivləşdirmə
          Kağız, elektron