Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03108044
Hesabatın adı
          Ticarət fəaliyyəti haqqında 1-ticarət nömrəli forma
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 27 iyun 2012-ci il tarixli 42/13 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Hüquqi şəxs statuslu müəssisələrin ticarət fəaliyyətinə dair məlumatlar: pərakəndə, topdansatış ticarət dövriyyəsi, əmtəə qalığı, ticarət və anbar şəbəkəsi və s. haqqında məlumat
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  fevral ayının 18-dək
Müşahidə dairəsi
          Hüquqi şəxslərin müəssisələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Cari və illik hesabatlar statistikası, Daxili ticarət statistikası , Ərzaq balansları statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-76-95, (012)538-77-25
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi ticarət sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin ticarət fəaliyyəti haqqında məlumatların toplanmasıdır. Hesabat forması ilk dəfə 1999-cu ildə təsdiq edilmiş və mütəmadi olaraq təkmilləşdirmə nəticəsində müxtəlif dəyişikliklərə məruz qalmışdır.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          martın 19-da
Keyfiyyətə nəzarət və baxış
          Hesabat göstəricilərinin yoxlanılması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          2006-cı ilin 7-10 mart tarixində Nyu-York şəhərində keçirilmiş, Birləşmiş Millətlər Təşkilatının Statistika komissiyasının 37-ci sessiyasında qəbul edilmiş qərarına uyğun olaraq hazırlanmış Pərakəndə və topdansatış ticarət statistikası üzrə beynəlxalq tövsiyyələr, 2008-ci il. SBS-ilə əlaqədar Avropa Parlamenti və Şurasının 11/03/2008-ci il tarixli, 295/2008 saylı qərarının yerinə yetirilməsi ilə əlaqədar Komissiyanın 11/03/2009-cu il tarixli, 250/2009 saylı qərarı
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-ticarət hesabat formasının doldurulmasına dair göstərişdə verilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Məhsul növləri təsnifatı, Mülkiyyət formalarının təsnifatı, Hüquqi vahidlərin təşkilati-hüquqi formalar
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          SPSS proqram paketini tətbiq etməklə hər bir göstərici üzrə orta kəmiyyət, standart kənarlaşma, variasiya əmsalı hesablanılır, gizlədilmiş həcmlər müəyyən edilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması statistik İşlər Proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Sənaye statistikası , Tikinti statistikası , Nəqliyyat statistikası, Rabitə statistikası, İaşə statistikası , Bazar xidmətlərinin statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda kiçik sahibkarlıq , Azərbaycanda ticarət
Nəşr:bülleten
          Xarici və müştərək müəssisələrin işinin əsas göstəriciləri, Kiçik və orta sahibkarlıq subyektlərinin işinin əsas göstəriciləri
Arxivləşdirmə
          Elektron