Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03107309
Hesabatın adı
          1-alternativ enerji -Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə haqqında
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 iyul 2012-ci il tarixli 56/14 №-li qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə haqqında
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Kiçik olmayan sahibkarlıq subyektləri   Martın ayının 15-dək.
Müşahidə dairəsi
          Alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı ilə məşğul olan təsərrüfat subyektləri
Uçot vahidi
          Yerli vahid , Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Energetika statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-63-03, (012)538-91-02
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı haqqında məlumatların toplanmasıdır. Hesabatın məlumatlarından əmtəə (məhsul) balanslarının tərtib edilməsində istifadə olunur. Hesabat 2010-cu ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          31 mart
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı mövcuddur.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalq Enerji Agentliyinin Enerji statistikası üzrə tövsiyələri, BMT-nin enerji statistikası üzrə beynəlxalq tövsiyələri, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabat formasında olan göstəricilərin izahı "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə haqqında" 1-alternativ enerji №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə (Dövlət Statistika Komitəsinin 17 iyul 2012-ci il tarixli, 56/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur) verilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, Sənaye məhsulları statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir
Digər sahələrlə əlaqəsi
          Sənaye statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın energetikası
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron