Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03107015
Hesabatın adı
          1 -balans (neft) №-li forma Neftin balansı haqqında hesabat (ton))
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 iyul 2012-ci il tarixli 57/14 №-li qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          neftin balansı haqqında hesabat
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik olmayan sahibkarlıq subyektləri   Hesabat dövründən sonrakı ayın 25-dək.
Müşahidə dairəsi
          Dövlət Neft Şirkəti
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Energetika statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-63-03, (012)538-91-02
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi xam neftin istehsalı, ölkə daxilində istehlakı, ixracı və qalığı haqqında haqqında məlumatların toplanmasıdır. Hesabatın yekun məlumatlarından xam neftin balansının tərtib edilməsində istifadə olunur. Hesabat 1990-cı ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonra 25-ci gün.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalq Enerji Agentliyinin Enerji statistikası üzrə tövsiyələri, BMT-nin enerji statistikası üzrə beynəlxalq tövsiyələri, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabat formasında olan göstəricilərin izahı "Neftin balansı haqqında" 1-balans (neft) №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə (Dövlət Statistika Komitəsinin 17 iyul 2012-ci il tarixli, 57/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur) verilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı, Sənaye məhsulları statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir
Digər sahələrlə əlaqəsi
          Sənaye statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın energetikası
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron