Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03107014
Hesabatın adı
          5-istehlak №-li forma (Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətləri haqqında hesabat)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 29 aprel 2013-cü il tarixli 36/14№-li qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatçıların istifadə etdikləri elektrik və istilik enerjisi, təbii qaz,su və rabitə xidmətləri haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Hesabat dövründən sonrakı ayın 15-dək
Müşahidə dairəsi
          Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Energetika statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-63-03, (012)538-91-02
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi elektrik və istilik enerjisi, təbii qaz,su və rabitə xidmətləri haqqında məlumatların toplanması və nəşridir.
İstifadəçilər
          Dövlət orqanları
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonrakı 40-cı gün
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          
Göstəricilərin izahı
          Hesabat formasında olan göstəricilərin izahı "Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətləri haqqında" 5-istehlak №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə (Dövlət Statistika Komitəsinin 29 aprel 2013-cü il tarixli, 36/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur) verilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          Statistikanın təşkili
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          Büdcə təşkilatlarında kommunal (elektrik və istilik enerjisi, təbii qaz və su) və rabitə xidmətlərinin istehlakı
Arxivləşdirmə
          Kağız, elektron