Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03107004
Hesabatın adı
          4-yanacaq N-li forma (Yanacaq məhsullarının qalığı, daxil olması və məsrəfi haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2 iyun 2014-cu il tarixli 20/14 №-li qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          Yanacaq məhsullarının qalığı, daxil olması və məsrəfi haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik olmayan sahibkarlıq subyektləri   Hesabat dövründən sonrakı ayın 10-dək
Müşahidə dairəsi
          Yanacaqdan istifadə edən və ya əhaliyə yanacaq satışı ilə məşğul olan kiçik sahibkarlıq subyekti olmayan (yanacaq doldurma məntəqələri istisna olmaqla) təsərrüfat subyektləri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Təsnifatlar
Cavabdeh şöbənin əlaqə nömrəsi
          538 63 03 ; 538 91 02
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi ölkədə fəaliyyət göstərən təsərrüfat subyekləri tərəfindən yanacaq məhsullarının istehlakı, satışı, ixracı və qalığı haqqında operativ məlumatların toplanmasıdır. Hesabat 2007-ci ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonrakı ayın 15-dək
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalq Enerji Agentliyinin Enerji statistikası üzrə tövsiyələri, BMT-nin enerji statistikası üzrə beynəlxalq tövsiyələri, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabat formasında olan göstəricilərin izahı "Yanacaq məhsullarının qalığı, daxil olması və məsrəfi haqqında" 4-yanacaq №-li rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişdə (Dövlət Statistika Komitəsinin 02 iyun 2014-cü il tarixli, 20/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur) verilmişdir.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı, Sənaye məhsulları statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır və seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının nəşri təqvim planına uyğun həyata keçirlir
Digər sahələrlə əlaqəsi
          Statistikanın təşkili , Bitkiçilik statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          Enerji məhsullarının hərəkəti
Arxivləşdirmə
          Kağız, elektron