Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106030
Hesabatın adı
          Fərdi sahibkarların - fiziki şəxslərin fəaliyyəti haqqında
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 03 iyul 2012-ci il tarixli 44/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Tikinti fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin fəaliyyəti haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat dövründən sonrakı ayın 15-dək
Müşahidə dairəsi
          Hüquqi şəxs yaratmadan tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)539-84-02, (012)539-87-17
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi tikinti sahəsində fəaliyyət göstərən fiziki şəxslərin (fərdi sahibkarların) (hüquqi şəxs statusu olmayan istehsal fəaliyyəti haqqında məlumatların toplanmasıdır. Hesabat 2006-cı ildən tətbiq olunur.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          İlkin məlumatlar hesbat dövründən sonrakı ayın 25-ci gününədək, dəqiqləşmiş məlumatlar isə hesabat dövründən sonrakı ayın 50-ci gününədək.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı mövcuddur.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-fərdi sahibkarlıq hesabat formasının doldurulmasına dair göstərişdə verilmişdir (Dövlətstatkomun 03.07.2012-ci il tarixli 44/14 nömrəli qərarı ilə təsdiq edilmişdir).
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki rübün eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          seçmə müşahidəsi nəticəsində alınmış statistika məlumatlarının dəqiqliyini müəyyən etmək üçün baş məcmu ilə seçmə məcmu göstəriciləri arasındakı fərq- reprezentativ xəta hesablanır
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          İqtisadi balanslar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda tikinti
Nəşr:bülleten
          Tikinti müəssisələrinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron