Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106023
Hesabatın adı
          2-İnvestisiya (Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2 iyul 2013-cü il tarixli 87/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat ayından sonrakı ayın 5-ci iş günündə
Müşahidə dairəsi
          Əsas kapitala yönəldilmiş investisiyalardan mərkəzləşdirilmiş qaydada istifadə edən nazirlik, komitə, şirkət, səhmdar cəmiyyətlər, hüquqi şəxslər və bələdiyyələr.
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          539 84 02; 539 87 17
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi əsas kapitala investisiya yönəldilməsi, tikililərin və obyektlərin inşası ilə bağlı göstəricilər haqqında məlumatların toplanmasıdır. Hesabat 10 ildən artıqdır ki, tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonrakı ayın 5-ci iş günü
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatlardakı göstəricilərin izahı obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında 2-investisiya (aylıq, illik) nömrəli rəsmi statistik hesabat formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir. (Dövlət Statistika Komitəsinin 02.07.2013-cü il tarixli 87/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur).
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ayla, ötən ilin müvafiq ayı ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          Beynəlxalq əlaqələr , Ictimaiyyətlə əlaqələr , Cari və illik hesabatlar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyadan istifadə edilməsi
Arxivləşdirmə
          Kağız, elektron