Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106016
Hesabatın adı
          1-YET (əhali) (Əhalinin vəsaiti hesabına tikilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istismara verilməsi haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 yanvar 2014-cü il tarixli 10/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Əhalinin vəsaiti hesabına tikilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istifadəyə verilməsi haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  Hesabat rübündən sonra ayın 4-dən gec olmayaraq
Müşahidə dairəsi
          Əhalinin şəxsi vəsaiti hesabına şəhər, qəsəbə, rayon və kənd yerlərində tikilib istifadəyə verilmiş fərdi yaşayış evləri və qeyri yaşayış tikililəri.
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)539-84-02, (012)539-87-17
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istifadəyə verilməsi ilə bağlı göstəricilər haqqında məlumatların toplanmasıdır. Hesabat 10 ildən artıqdır ki, tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          İnzibati mənbələr           
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          İlkin məlumatlar hesabat dövründən sonra 6-ci iş günü, dəqiqləşmiş məlumatlar isə hesabat dövründən sonra 12-ci gün.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istifadəyə verilməsi haqqında 1-YET №-li hesabat formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir. (Dövlət Statistika Komitəsinin 28 yanvar 2014-cü il tarixli 10/04 nömrəli qərarı ilə təsdiq olunmuşdur).
Təsnifatlar
          İqtisadi fəaliyyət növlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki rübün eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda tikinti
Nəşr:bülleten
          Tikinti müəssisələrinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron