Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106010
Hesabatın adı
          Malların istehsalı və yüklənməsi (göndərilməsi), obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28.01.2014-cü il tarixli 9/14 №-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Tikinti müəssisələri tərəfindən malların istehsalı, yüklənməsi (göndərilməsi), obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında statistik məlumatlar
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat ayından sonrakı ayın 5-ci iş günün birinci yarısınadək
Müşahidə dairəsi
          Bütün tikinti müəssisələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)539-84-02, (012)539-87-17
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi tikinti sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin istehsal fəaliyyəti haqqında məlumatların toplanmasıdır. Hesabat 1999-cu ildən tətbiq olunur.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          İlkin məlumatlar hesabat dövründən sonrakı ayın 6-cı iş günü, dəqiqləşdirilmiş məlumatlar isə hər ayın 12-dək
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-istehsal (tikinti) aylıq hesabat formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir (Dövlət Statistika Komitəsinin 28 yanvar 2014-cü il tarixli 19/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur).
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          İqtisadi balanslar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları
Nəşr:bülleten
          Tikinti müəssisələrinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron