Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106006
Hesabatın adı
          1-investisiya №-li illik hesabata əlavə (İstifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və əsas kapitala yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2 iyul 2013-cü il tarixli 88/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          İstifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və əsas kapitala yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Fevral ayının 15-dək
Müşahidə dairəsi
          Əsas kapitala yönəldilmiş vəsaitlərdən mərkəzləşdirilmiş qaydada istifadə edən nazirlik, komitə, şirkət, səhmdar cəmiyyətlər.
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi istifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və əsas kapitala yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü ilə bağlı göstəricilər haqqında məlumatların toplanmasıdır. Hesabat 2012-ci ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          iyul ayının 30-a dək
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət müqayisə cədvəlləri hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatlardakı göstəricilərin izahı obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında 2-investisiya (illik) nömrəli rəsmi statistik hesabat formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir. (Dövlət Statistika Komitəsinin 02.07.2013-cü il tarixli 88/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur).
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi fəaliyyət növləri təsnifatı, Dövlət idarəetmə orqanlarının funksiyalarının təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki rübün eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          Ictimaiyyətlə əlaqələr , İqtisadi balanslar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycanın regionları, Azərbaycanda tikinti
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron