Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03104067
Hesabatın adı
          Fərdi sahibkarların sənaye fəaliyyəti haqqında
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28.09.2021-ci il tarixli 19/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Malların istehsalı, yüklənməsi (göndərilməsi) və xidmətlərin göstərilməsi haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlardan statistika orqanlarının müəyyən etdiyi siyahı üzrə seçməyə düşmüş fiziki şəxslər hesabatı hesabat dövründən sonrakı ayın 15-dək
Müşahidə dairəsi
          Hüquqi şəxs yaratmadan sənaye sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Seçmə
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          fərdi sahibkar tərəfindən hesabat rübündə yerinə yetirilmiş bütün növ sənaye işlərinin (xidmətlərinin) dəyəri və natura ifadəsində məhsul istehsalı haqqında məlumatların toplanmasıdır. hesabat 2013-cü ildən tətbiq olunur.
İstifadəçilər
          Sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Seçmə müşahidə
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan)
Məlumatların toplanması forması
          Hesabat elektron sənəd formasında təqdim olunur. Elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdimi də nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          hesabat dövründən sonrakı ayın 15-dək
Keyfiyyətə nəzarət və baxış
          Hesabat göstəricilərinin yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısa müddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-fərdi sahibkarlıq (sənaye)hesabat formasının doldurulmasına dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi fəaliyyət növləri təsnifatı, Təşkilati-hüquqi formaların statistik təsnifatı, Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Müşahidə nümunələrinin hər bir göstəricisi üzrə orta kəmiyyət, standart kənarlaşma, variasiya əmsalı hesablanılır və orta xəta baş məcmuya şamil edilir.
Seçmə xətası
          5-10% xəta ilə seçilir
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirilir
Digər sahələrlə əlaqəsi
          Müəssisələr statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın sənayesi, Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq
Nəşr:bülleten
          Sənayenin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron