Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03104056
Hesabatın adı
          6-TG (hidro) NEFT QUYULARININ İSTİSMARI ÜZRƏ
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1 aprel 2013-cü il tarixli 18/14 №-li qərarı ilə təsdiq edilmişdir
Qısa məzmunu
          Su elektrik stansiyasının işi, stansiyaların qoyuluş gücü, suyun axını, istehsal olunmuş elektrik enerjisinin miqdarı haqqında hesabat
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Kiçik olmayan sahibkarlıq subyektləri   Mart ayının 15-dək.
Müşahidə dairəsi
          Su elektrik stansiyaları
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Sənaye statistikası , Energetika statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-77-29
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi su elektrik stansiyaları tərəfindən elektrik enerjisinin istehsalı haqqında məlumatların toplanması və nəşridir. Hesabat 10 ildən artıqdır ki, tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Mart ayının 29-u.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər Beynəlxalq Enerji Agentliyinin Enerji statistikası üzrə tövsiyələri, BMT-nin enerji statistikası üzrə beynəlxalq tövsiyələri, Avrostat və digər beynəlxalq təşkilatların metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 6-TG (hidro) hesabat formasının tərtib edilməsinə dair metodoloji tövsiyələrdə verilmişdir (Dövlət Statistika Komitəsinin 1 aprel 2013-cü il tarixli 18/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur).
Təsnifatlar
          Mülkiyyət formalarının təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Energetika statistikası           
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın sənayesi, Azərbaycanın energetikası
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron