Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03104055
Hesabatın adı
          1-istehsal (sənaye)
Təsdiq olunma tarixi
          1-istehsal Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12 may 2014-cü il tarixli 18/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Malların istehsalı, yüklənməsi (göndərilməsi) və xidmətlərin göstərilməsi haqqında
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Martın 15-dək
Müşahidə dairəsi
          Bütün sənaye müəssisələri (Sənaye fəaliyyəti göstərən təsərrüfat subyektləri İFNT üzrə 06-39 bölmələri)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Cari və illik hesabatlar statistikası, Energetika statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)539-87-17, (012)538-23-50, (012)539-72-71
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin istehsal fəaliyyəti haqqında, o cümlədən dəyər və natura formasında olan göstəricilər haqqında məlumatların toplanmasıdır. Hesabat 1999-cu ildən tətbiq olunur.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Sənaye məhsullarının natura ifadəsində istehsalı aprel ayının 12-si, dəyər ifadəsində aprel ayının 20-si.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısa müddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-istehsal (sənaye) hesabat formasının tərtib edilməsinə dair metodoloji izahlarda verilmişdir (Dövlət Statistika Komitəsinin 12 may 2014-cü il tarixli 18/14 nömrəli qərarı ilə təsdiq olunmuşdur.
Təsnifatlar
          İnzibati-Ərazi vahidlərinin təsnifatı, İqtisadi fəaliyyət növlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı, Sənaye məhsulları statistik təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Cari və illik hesabatlar statistikası, Energetika statistikası , Ərzaq balansları statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan, İngilis
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycanın regionları, Azərbaycanın sənayesi
Nəşr:bülleten
          Sənaye işinin əsas göstəriciləri (kiçik sahibkarlıq subyektləri istisna olmaqla)
Arxivləşdirmə
          Kağız, elektron