Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03101274
Hesabatın adı
          3 – xarici borc №-li forma (Bankın xarici borcu haqqında hesabat (müqavilənin bağlandığı valyutada, min valyuta vahidi ilə))
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 yanvar 2014-cü il tarixli,1/08 N-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Bankın xarici borcu haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün banklar tərəfindən tərtib olunur və hesabat dövründən sonra 25 gün ərzində təqdim edilir.
Müşahidə dairəsi
          Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün banklar
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-90-98
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın yığılmasında əsas məqsəd bankların xarici borcları haqqında lazımi məlumatlar əldə etməkdir.Hesabat 1995-ci ildən yığılır.
İstifadəçilər
          Milli hesablar sistemi
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.azstat.org saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          Hesabat dövründən sonra 25-ci gün
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Milli Hesablar sisteminin metodologiyasına əsasən uyğunlaşdırılıb.
Göstəricilərin izahı
          4. Xarici borc - gələcək dövrlərdə borcun əsas hissəsinin və ya faizlərin ödənilməsini tələb edən ölkə rezidentlərinin qeyri-rezidentlər qarşısında ödənilməmiş cari və şərtsiz öhdəliklərin qalıqlarıdır. 5. Depozit – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir. Depozitlər likvid və digər depozitlərə bölünür. Likvid depozitlərə aşağıdakılar aiddir: - cərimə və hər hansı bir məhdudiyyət qoyulmadan ilk tələblə nominalı üzrə nağd pula dəyişdirilə bilən depozitlər; - çeklər və jiro-hesablar vasitəsilə vəsaitlərin köçürülməsi mümkün olan depozitlər; - ödənişlərin həyata keçirilməsi üçün hər hansı başqa bir üsulla istifadə edilə bilən depozitlər.
Təsnifatlar
          İqtisadi fəaliyyət növlərinin təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Əvvəlki ilin hesabat məlumatı ilə müqayisəsi zamanı aşkar edilir və düzəliş aparılır.
Seçmə xətası
          aparılmayıb
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Statistik işlər planına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir.
Digər sahələrlə əlaqəsi
          
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron