Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03101272
Hesabatın adı
          “Xarici borcun yaranması və ona xidmət edilməsi haqqında” 2 – xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 14 yanvar 1/08 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycan Respublikasında yaşayan əcnəbi tələbələr qeyri-rezidentlərə aid edilir.
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycan Respublikasında yaşayan əcnəbi tələbələr qeyri-rezidentlərə aid edilir.
Müşahidə dairəsi
          Hesabat təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq qeyri-rezidentlərə borcu olan bütün müəssisə və təşkilatlar tərəfindən rüblük dövriliklə hesabat formasının üzərində göstərilən müddətlərdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir.
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-90-98
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq hazırlanmış və ölkə rezidentlərinin xarici borclarına və onlara xidmət edilməsinə dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur. Hüquqi və fiziki şəxsin rezidentlik statusu təsis olunduğu ölkə (fiziki şəxslər üçün – vətəndaşlıq mənsubiyyəti) ilə deyil, onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi, bu əraziyə sıx bağlılığı və həmin ərazidə davamlı olaraq bir il müddətindən artıq fəaliyyət göstərməsi (fiziki şəxslər üçün – yaşaması) ilə müəyyən edilir. Bu şərtlərə uyğun olmayan hüquqi və fiziki şəxslər qeyri-rezident hesab olunur.
İstifadəçilər
          Milli hesablar sistemi
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
Məlumatların toplanması forması
          Onlayn vaxt rejimində
Hazır olma vaxtı
          Rüblük
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          2-xarici borc №-li (rüblük) rəsmi statistika hesabatı forması “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq hazırlanmış və ölkə rezidentlərinin xarici borclarına və onlara xidmət edilməsinə dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur.
Göstəricilərin izahı
          Xarici borc - debitor tərəfindən borcun əsas məbləğinin və (və ya) borc üzrə faizlərin müəyyən edilmiş dövrlərdə ödənilməsini nəzərdə tutan ölkə rezidentlərinin qeyri-rezidentlər qarşısında ödənilməmiş faktiki cari öhdəliklərinin qalığıdır. Borcun əsas hissəsi (əsas borc) – kreditor tərəfindən təqdim edilmiş borcun və ya digər yolla qəbul edilmiş öhdəliyin məbləğidir. Adətən (faizsiz kredit deyilsə) bu məbləğə borc üzrə faizlər hesablanır. Borc üzrə faizlər - əsas borcdan istifadəyə görə debitor tərəfindən ödənilməli olan və əsas borcun üzərinə hesablanan (əlavə edilən) faizlərdir. Dövrü surətdə həyata keçirilən bu cür ödəmələr faiz ödənişləri adlanır. Öhdəliyin (kreditin, borcun) yenidən strukturlaşdırılması – borca xidmət şərtlərinin dəyişdirilməsinə dair əldə edilən ikitərəfli (həm kreditorun həm də debitorun iştirakı ilə) razılıq əsasında öhdəliyin cari məbləğinin dəyişməsi.
Təsnifatlar
          
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Əvvəlki ilin hesabat məlumatı ilə müqayisəsi zamanı aşkar edilir və düzəliş aparılır.
Seçmə xətası
          Aparılmayıb
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Statistik işlər planına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir.
Digər sahələrlə əlaqəsi
          Cari və illik hesabatlar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
          
Nəticə dili
          
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Elektron