1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Xidmət statistikası şöbəsinin Turizm və iaşə statistikası sektoru |
1.3 | Əlaqə üçün məsul şəxs | Rauf Əliyev |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | Xidmət statistikası şöbəsi müdirinin müavini |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81 |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | rauf.aliyev@stat.gov.az |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | (012)377-10-70, daxili 2275 |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | 03.12.2013 |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 03.12.2013 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 10.11.2020 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | Xidmət müəssisələrinin öz gücü ilə əhaliyə göstərilmiş xidmətlər üçün bütün vasitələrlə əlavə dəyər vergiləri, xüsusi vergilər, aksizlər və s. də daxil edilməklə ödənilmiş pulun cəmi ilə ifadə edilir. Bununla yanaşı, həm əhalidən alınmış pulun, həm də xidmətlərin dəyərinə daxil edilən və müəssisələrin vəsaiti hesabına əlavə ödənişlərin məbləği xidmətlərin ümumi həcminə daxil edilir. |
3.2 | Təsnifat sistemi | İqtisadi Fəaliyyət növlərinin Təsnifatı, Məhsul Növlərinin Təsnifatı, Mülkiyyət Növlərinin Təsnifatı, İnzibati-ərazi bölgüsü Təsnifatı,2024.
https://stat.gov.az/menu/5/classifications/ |
3.3 | Əhatə edilən sektor | Göstəricinin hesablanmasında İqtisadi Fəaliyyət Növlərinin təsnifatı üzrə H,İ,J,L,M,N,P,Q,R,S seksiyaları əhatə olunur |
3.4 | Statistik anlayışlar və təriflər | Əhalinin sifarişi ilə, onun şəxsi tələbatını ödəmək üçün göstərilən və haqqı əhali tərəfindən ödənilən xidmətlər (məişət xidmətləri daxil olmaqla) əhaliyə göstərilən pullu xidmətlərə aid edilir. Əhaliyə göstərilən pullu xidmətlərin həcminə həm göstərilən xidmətlərə görə birbaşa vətəndaşlardan alınmış məbləğ, həm də işçilərinə göstərilən xidmətlərə görə təşkilatların vəsaiti hesabına ödəmələrin məbləği daxil edilir. Məişət xidmətlərinin həcminə əhalinin fərdi sifarişləri əsasında yerinə yetirilən - yeni məmulatın hazırlanması, şəxsi mədəni-məişət təyinatlı əşyaların, nəqliyyat vasitələrinin təmiri, kirayə, musiqi əsərlərinin, video proqramların, kasetlərin çoxaldılması və s. xidmətlər daxil edilir. |
3.5 | Statistik vahid | Hüquqi və fiziki şəxslər |
3.6 | Statistik məcmu | Xidmət sahəsində fəaliyyət göstərən (nəqliyyat və rabitə müəssisələri də daxil olamaqla) bütün müəssisələr. |
3.7 | İstinad zonası | Göstəriciyə dair məlumatlar statistik vahidlərin reyestrdə mövcud olduğu ərazi üzrə təqdim olunmuş məlumatlara əsaslanır. |
3.8 | Vaxt əhatəliyi | Bu göstərici üzrə 1995-ci ildən başlayan dinamika sıraları mövcuddur. |
3.9 | Baza dövrü | Bu göstərici üzrə baza dövrü tələbatdan asılı olaraq dəyişir |
4 | Ölçü vahidi | Min manat |
5 | Hesabat dövrü | Aylıq-hesabat ayından sonrakı ayın 5-ci iş gününün birinci yarısınadək; rüblük-hesabat rübündən sonrakı ayın 20-dək. |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur. |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir. |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır
http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf
• Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur.
http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf
• ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır.
http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf |
7.2 | Məxfi məlumatların işlənməsi | Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/ |
8.3 | İstifadəçi girişi | “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir. |
9 | Yayım tezliyi | Aylıq, Rüblük |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. |
10.2 | Nəşrlər | “"Azərbaycanda ödənişli xidmətlər" illik statistik məcmuə ”, "Azərbaycanın statistik göstəriciləri", “Azərbaycan rəqəmlərdə" adlı statistik illik məcmuələrdə əks olunur. |
10.3 | Onlayn məlumat bazası | Pullu xidmətlər haqqında göstərici 12–xidmət №-li hesabata əsasən əldə edilir, və bu hesabat online şəkildə doldurulur. Hazır cədvəllər bu linkdə mövcuddur - https://www.azstat.org/portal/tblInfo/TblInfoList.do;JSESSIONID=68A421E1F43C46BAB48D340544F8A191# |
10.4 | Mikroməlumatlara giriş | Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. |
10.5 | Digər | Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır). |
10.6 | Metodologiya üzrə sənədlər | Göstəricinin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir: əhaliyə göstərilən pullu xidmətlərin həcminin tam hesablanmasına dair metodoloji izah və “Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında” 12-xidmət №-li aylıq/rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş |
10.7 | Keyfiyyət üzrə sənədlər | Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/ |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir.http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik biznes-prosesin ümumi modeli” tətbiq edilir. “Statistik Biznes-Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi üzrə statistik proseslərin idarə olunmasının
təsviri hazırlanmışdır
https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/service/1-xidmet_sb.pdf İldə 1 dəfədən az olmamaq şərtilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir. |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | İldə bir dəfə turizm və iaşə statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. istifadəçilər nazirlik, idarə və təşkilatlar, həmçinin, ali təhsil müəssisələri kitabxanalar və beynəlxalq təşkilatlardır. |
12.2 | İstifadəçi məmnunluğu | istifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölüməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. |
12.3 | Dolğunluq | Məlumatların əhatəliliyi sorğunun metodologiyasına uyğun olaraq tam dolğundur göstəricilərin hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır. https://www.stat.gov.az/menu/7/ |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Belə qiymətləndimə aparılmamışdır. |
13.2 | Seçmə xətası | Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır. |
13.3 | Qeyri-seçmə xətası | Tətbiq edilmir. |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | Vaxtlı-vaxtında olma mütəmadi olaraq istifadəçilərlə müzakirə edilir. Müşahidənin vaxtlı-vaxtında olması istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtı arasında razılaşmadır (kompromisdir). İlkin məlumatların alınması ilə ilk nəticələrin (həmçinin son nəticələrin) hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir. |
14.2 | Tam vaxtında yerinə yetirmə | Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Ölkə və regionlar üzrə göstərici hesablanır. |
15.2 | Vaxt üzrə müqayisəlilik | Yekun məlumatlar 1995-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır. |
15.3 | Sahələrarası uyğunluq | Digər sahələrlə uyğunluğu yoxdur |
15.4 | Daxili uyğunluq | Bu müayinənin nəticələrində daxili uyğunluq tam təmin olunmuşdur. |
16 | Xərc və yük | Respondentlər tərəfindən məlumatların daxil edilməsinə orta hesabla 15 dəqiqə vaxt sərf edilir. Respondentlərə düşən yükün azaldılması məqsədi ilə rəsmi statistika hesabatı və müşahidəsi formalarının göstəriciləri mütəmadi olaraq təkmilləşdirilir, istehsal xərclərinin, eləcə də respondentlərə düşən yükün azaldılması məqsədi ilə statistik proseslərin avtomatlaşdırılmasına, informasiya və kommunikasiya texnologiyalarının potensialından istifadənin genişləndirilməsinə üstünlük verilir. Bu sahədə şöbə "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya"ya əsasən fəaliyyət göstərir.
https://www.stat.gov.az/menu/2/quality/ |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır.Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | Yenidən baxılma həyata keçirilmir. |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | İlkin məlumatlar başdan-başa müayinə olmaqla, 12-xidmət nömrəli rəsmi statistika hesabatı forması əsasında toplanılır |
18.2 | Məlumatların toplanması dövriliyi | Məlumatlar aylıq, rüblük dövriliklə toplanılır. |
18.3 | Məlumatların toplanması | Məlumatlar onlayn rejimdə əldə olunur. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur |
18.4 | Məlumatlara nəzarət | DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxalnması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zama |
18.5 | Məlumatların ümumiləşdirilməsi | Məlumatların ümumiləşdirilməsi aparılmır. |
18.6 | Düzəlişlər | Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır |
19 | Şərh | Əlavə şərh yoxdur. |