Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          İaşə dövriyyəsi
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Xidmət statistikası şöbəsinin Turizm və iaşə statistikası sektoru
1.3Əlaqə üçün məsul şəxs  Rauf Əliyev
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Turizm və iaşə statistikası sektorunun müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  raufa@azstat.org
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 81 76
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  03.12.2013
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 23.06.2014
2.3Metaməlumatların son yenilənməsi tarixi 22.09.2017
3Statistik təqdimat  
3.1Məlumatların izahı . İctimai iaşənin dövriyyəsi iaşə şəbəkələri vasitəsi ilə əhaliyə, əsasən satışın (təqdim etmənin) həyata keçirildiyi yerdə istehlak üçün, satılmış öz istehsalı olan kulinariya məhsullarının (təamların, yarımfabrikatların) və kənardan alınaraq emal olunmadan satılmış un və şirniyyat məmulatlarının, çörəyin, digər kulinariya məhsullarının, içki və tütün məmulatlarının dəyəri (ƏDV və aksizlər daxil edilməklə) ilə ölçülür.
3.2Təsnifat sistemi  İqtisadi Fəaliyyət növlərinin Təsnifatı, Mülkiyyət Növlərinin Təsnifatı, İnzibati-ərazi bölgüsü Təsnifatı
3.3Əhatə edilən sektor  Göstəricinin hesablanmasında İqtisadi Fəaliyyət Növlərinin təsnifatı üzrə iqtisadiyyatın İ-Yaşayışın təşkili və ictimai iaşə seksiyası əhatə olunur.
3.4Statistik anlayışlar və təriflər  İctimai iaşə müəssisələri tərəfindən əhalinin sifarişi ilə evlərə, müəssisələrin və fərdi sahibkarların sifarişi ilə iş yerlərinə, quru yol su və hava nəqliyyatının marşrutu üzrə nəqliyyat müəssisələrinə çatdırılan, sosial sfera müəssisələrinə (məktəblər, xəstəxanalar, qocalar evləri və s.), dəyəri əmək haqqından tutulmaqla müəssisə və təşkilatların işçilərinə, ziyafətlərin təşkili və s. üçün təqdim edilən (satılan) kulinariya məhsullarının və digər malların dəyəri həmçinin ictimai iaşə dövriyyəsinə daxil edilir. . İctimai iaşənin dövriyyəsi iaşə şəbəkələri vasitəsi ilə əhaliyə, əsasən satışın (təqdim etmənin) həyata keçirildiyi yerdə istehlak üçün, satılmış öz istehsalı olan kulinariya məhsullarının (təamların, yarımfabrikatların) və kənardan alınaraq emal olunmadan satılmış un və şirniyyat məmulatlarının, çörəyin, digər kulinariya məhsullarının, içki və tütün məmulatlarının dəyəri (ƏDV və aksizlər daxil edilməklə) ilə ölçülür.
3.5Statistik vahid İaşə xidməti göstərən bütün hüquqi və fiziki şəxslər
3.6Statistik məcmu  Bütün iaşə müəssisələri
3.7İstinad zonası  Göstəriciyə dair məlumatlar statistik vahidlərin reyestrdə mövcud olduğu ərazi üzrə təqdim olunmuş məlumatlara əsaslanır.
3.8Vaxt əhatəliyi  Bu göstərici 1995-ci ildən hesablanır və bu həmin ildən başlayan dinamika sıraları mövcuddur.
3.9Baza dövrü  2000,2005
4Ölçü vahidi  Manat
5Hesabat dövrü  Aylıq, rüblük aylıq-hesabat ayından sonrakı ayın 5-ci iş gününün birinci yarısınadək; rüblük-hesabat rübündən sonrakı ayın 20-dək.
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
9Yayım tezliyi   Aylıq, Rüblük
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq göstəriciyə dair məlumatlar ayda bir dəfə pres-reliz şəklində yayımlanır
10.2Nəşrlər  “Azərbaycanda turizm ” adlı statistik məcmuəsi.
10.3Onlayn məlumat bazası  Online məlumat bazasında bu göstərici haqqında məlumat vardır.
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5Digər  
10.6Metodologiya üzrə sənədlər  Göstəricinin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
10.7Keyfiyyət üzrə sənədlər  
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılması nəzərdə tutulmuşdur. Statistik məhsulların və proseslərin nizamlı şəkildə aparılmasının, onların keyfiyyətinin yaxşılaşdırılmasının- Statistik biznes-prosesin ümumi modeli (SBPÜM) əsasında həyata keçirilməsi
11.2Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. Azərbaycan Respublikasının rəsmi statistika sistemində keyfiyyətin təmin olunmasının milli baza prinsipləri" (2013); Statistik məlumatlarının işlənməsi zamanı bütün keyfiyyət komponentlərinin paralel şəkildə yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə olunur. Belə hallarda hər bir statistik məhsul üzrə fərdi yanaşma tətbiq olunur və məhsulun keyfiyyəti üçün vacib olan aktuallıq, dəqiqlik, vaxtlı-vaxtında olma, uyğunluq və müqayisəlilik komponentlərinin zəruriliyi üzrə seçim edilir.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İldə bir dəfə turizm və iaşə statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
12.2İstifadəçi məmnunluğu Bu göstərici ilə əlaqədar olaraq istifadəçi məmnuniyyətinin təmin olumaması ilə bağlı hec bir məlumat daxil olmamışdır.
12.3Dolğunluq  Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndimə aparılmamışdır.
13.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3Qeyri-seçmə xətası  
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma İlkin məlumatların alınması ilə ilk nəticələrin (həmçinin son nəticələrin) hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir.
14.2Tam vaxtında yerinə yetirmə  Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Bu göstərici ölkə və regionlar üzrə hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3Sahələrarası uyğunluq  Digər sahələrlə uyğunluğu yoxdur
15.4Daxili uyğunluq  
16Xərc və yük  Son dövrlərdə hesabatların real-vaxt rejimində təqdim edilməsinə keçilməsi səmərəliliyin yaxşılaşdırılması sahəsində atılan ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər və aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılır.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır.Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir 18 Statistik emal
18Statistik emal 
18.1İlkin məlumatlar İaşə müəssisələri
18.2Məlumatların toplanması dövriliyi  Aylıq , rüblük
18.3Məlumatların toplanması  Məlumatlar onlayn rejimdə əldə olunur. Bu göstərici üzrə məlumatlar Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında 1-XIDMƏT №-li aylıq/rüblük statistika hesabatı əsasında toplanır. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
18.4Məlumatlara nəzarət  Məlumatın yoxlanması üçün müvafiq proqram təminatı mövcuddur.
18.5Məlumatların ümumiləşdirilməsi Aparılmır.
18.6Düzəlişlər  Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır
19Şərh  Əlavə şərh yoxdur.