1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Xidmət statistikası şöbəsinin Turizm və iaşə statistikası sektoru |
1.3 | Əlaqə üçün məsul şəxs | Rauf Əliyev |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | Xidmət statistikası şöbəsi müdirinin müavini-sektor müdiri |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81 |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | rauf.aliyev@stat.gov.az |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | (012)377-10-70, daxili 2275 |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | (+994 12) 538 24 42 |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | 19.11.2013 |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 23.06.2014 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 25.11.2022 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | Yerləşmə obyektlərində müvəqqəti yaşamaq üçün lazımi mebeli, avadanlığı və inventarı olan bir və ya bir neçə otağı olan sahə nömrə adlanır. |
3.2 | Təsnifat sistemi | "İnzibati Ərazi Bölgüsü Təsnifatı 2024", "İqtisadi Fəaliyyət Növlərinin Təsnifatı" istifadə edilir.
Bütün təsnifatlara giriş:https://stat.gov.az/menu/5/classifications/
Təsnifatlar yalnız Azərbaycan dilində mövcuddur. |
3.3 | Əhatə edilən sektor | Göstəricinin hesablanmasında "İqtisadi Fəaliyyət Növlərinin təsnifatı" üzrə iqtisadiyyatın İ-Yaşayışın təşkili və ictimai iaşə seksiyası əhatə olunur. |
3.4 | Statistik anlayışlar və təriflər | Birdəfəlik tutum - mehmanxana və mehmanxana tipli müəssisələrdə mövcud olan yerlərin (çarpayıların) sayı nəzərdə tutulur.
Yerləşdirilmiş şəxslər - il ərzində yollayışla və yollayışsız gələn şəxslərin mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilməsidir.
Gecələmələr-Nömrə və yerlərin bronlaşdırılmasını daxil etməklə, il ərzində istifadə olunmuş daimi və müvəqqəti yerlərin sayını əks etdirir və mehmanxanada gecələyənlərin qeydiyyat kitabı əsasında təyin edilir. Bu göstərici “il ərzində təqdim edilən çarpayı - sutka” göstəricisi ilə eyni olub hesabat ili ərzində təqdim edilən çarpayıların sayını əks etdirir. |
3.5 | Statistik vahid | Göstəricinin hesablanması üçün lazım olan məlumatlar “Mehmanaxana və mehmanxana tipli müəssisələrin fəaliyyətinə dair” 12-mehmanxana №-li rəsmi statistika hesabatı formasını təqdim edən hüquqi və fiziki şəxslərdən toplanılır. |
3.6 | Statistik məcmu | Göstəricinin əhatə etdiyi baş məcmu bütün mehmanxana və mehmanxana tipli müəssisələrdir. |
3.7 | İstinad zonası | Azərbaycan Respublikasında mehmanxana və mehmanxana tipli müəssisə mövcud olan bütün regionları. |
3.8 | Vaxt əhatəliyi | Bu göstərici 1990-cı ildən hesablanır və bu həmin ildən başlayan dinamika sıraları mövcuddur. |
3.9 | Baza dövrü | Bu göstərici üzrə baza dövrü tələbatdan asılı olaraq dəyişir. |
4 | Ölçü vahidi | Vahid. |
5 | Hesabat dövrü | Aylıq. |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | Hesabatda olan göstəricilər Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Turizm Təşkilatının turizm statistikasına dair tövsiyyələri, Avrostat və digər beynəlxalq qurumların metodoloji vəsaitləri əsasında hazırlanmışdır. |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir. |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf
Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf
İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf |
7.2 | Məxfi məlumatların işlənməsi | Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/ |
8.3 | İstifadəçi girişi | “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir. |
9 | Yayım tezliyi | Rüblük |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Mətbu məlumatların yayım təqviminə uyğun olaraq göstəriciyə dair məlumatlar ildə dörd dəfə press-reliz şəklində yayımlanır. |
10.2 | Nəşrlər | Göstəriciyə dair məlumatlar "Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında" rüblük, illik statistik bülleten; “Azərbaycanda Turizm” adlı statistik məcmuələrdə əks olunur. |
10.3 | Onlayn məlumat bazası | İllik məcmuələrin, bülletenlərin nəşri üçün məlumatlar bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz və bir çox tapşırıqlar baza məlumatlarının yekunları əsasında hazırlanır. |
10.4 | Mikroməlumatlara giriş | Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. |
10.5 | Digər | Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur. |
10.6 | Metodologiya üzrə sənədlər | Göstəricinin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
http://www.stat.gov.az/menu/7/other_metadata/ |
10.7 | Keyfiyyət üzrə sənədlər | “Keyfiyyətin qiymətləndirilməsi üzrə məruzəyə dair standartlar və tövsiyələr”, “Statistik Biznes-Prosesin Ümumi Modeli” (Azərbaycan versiyası, dördüncü redaksiya) və s. https://www.stat.gov.az/menu/2/quality/ |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Şablon hamı üçün: Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar auditi aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Əhalinin cari sayı üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/population_sb.pdf ).
2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və rəsmi statistika hesabatının özünüqiymətləndirməsi keçirilmişdir.
İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir. |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | İldə bir dəfə oktyabr ayında turizm statistikası sahəsi üzrə istifadəçilərlə (Mərkəzi Bank, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti nümayəndələri) görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Şöbə tərəfindən hər ilin oktyabr ayında istifadəçilərlə iş planına uyğun olaraq seminar keçirilir, seminarda dövlət və qeyri-dövlət təşkilarlarının nümayəndələrinin mütəxəssisləri, KİV və digər maraqlı tərəflər iştirak edirlər. Turizm statistikası ilə bağlı istifadəçilərlə görüşlər zamanı həmçinin onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı bir məlumat daxil olmamışdır. |
12.2 | İstifadəçi məmnunluğu | İldə bir dəfə turizm statistikası sahəsi üzrə istifadəçilərlə (Mərkəzi Bank, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti nümayəndələri) görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Şöbə tərəfindən hər ilin oktyabr ayında istifadəçilərlə iş planına uyğun olaraq seminar keçirilir, seminarda dövlət və qeyri-dövlət təşkilarlarının nümayəndələrinin mütəxəssisləri, KİV və digər maraqlı tərəflər iştirak edirlər. Həmçinin, İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır. 16.12.2021-ci il tarixinə istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu keçirilmişdir. 2021-ci il dövrü üçün nəticələr buradan əldə oluna bilər: https://www.stat.gov.az/source/others/sorqu-yekun-2021_arayish1.pdf |
12.3 | Dolğunluq | Göstərici tam dolğundur və hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır. |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Belə qiymətləndimə aparılmamışdır. Mehmanxana və mehmanxana tipli müəssisələr başdan-başa müşahidəyə cəlb edildiyindən bu sahədə kənarlaşmalar mövcud deyil. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır. |
13.2 | Seçmə xətası | Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır. |
13.3 | Qeyri-seçmə xətası | Hesablanmır. |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | Vaxtlı-vaxtında olma mütəmadi olaraq istifadəçilərlə müzakirə edilir, istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtının uyğunluğunu nəzərə alaraq nəticələr hesabat dövrünün son günündən sonraki 30 gün ərzində nəşr edilir. |
14.2 | Tam vaxtında yerinə yetirmə | İlkin məlumatların alınması ilə ilk nəticələrin (həmçinin son nəticələrin) hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir. Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Ölkə və regionlar üzrə göstərici hesablanır. |
15.2 | Vaxt üzrə müqayisəlilik | Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr nəzərdə tutulmur. |
15.3 | Sahələrarası uyğunluq | Digər sahələrlə əlaqəsi yoxdur. |
15.4 | Daxili uyğunluq | Bu hesabatın nəticələrində uyğunluq tam təmin edilmişdir. |
16 | Xərc və yük | Son dövrlərdə hesabatların real-vaxt rejimində təqdim edilməsinə keçilməsi səmərəliliyin yaxşılaşdırılması sahəsində atılan ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi sattistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər və aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılır. |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir. |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | Mehmanxana və mehmanxana fəaliyyəti ilə məşğul olan müəssisələr. |
18.2 | Məlumatların toplanması dövriliyi | Məlumatlar aylıq dövriliklə toplanır. |
18.3 | Məlumatların toplanması | Məlumatlar onlayn rejimdə əldə olunur. |
18.4 | Məlumatlara nəzarət | DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxalnması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir. |
18.5 | Məlumatların ümumiləşdirilməsi | Məlumatların kompilyasiyası aparılmır. |
18.6 | Düzəlişlər | Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır. |
19 | Şərh | Əlavə şərh yoxdur. |