1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Sosialt statistika şöbəsinin Təhsil, elm, inovasiya və mədəniyyət statistikası sektoru |
1.3 | Əlaqə üçün məsul şəxs | Elçin Hacı |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | şöbə müdiri |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | elchinh@azstat.org |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | +994125389012 |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | +994125388641 |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 24.07.2014 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 27.10.2017 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | Ümumi təhsil müəssisələrində təhsil alanların sayına ümumi təhsil müəssisələrdə təhsil alan və tədris ilinin əvvəlində siyahıya düşənlər aid edilirlər. |
3.2 | Təsnifat sistemi | İnzibati-Ərazi vahidlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı |
3.3 | Əhatə edilən sektor | Sosial |
3.4 | Statistik anlayışlar və təriflər | Ümumi təhsil müəssisələrinin işlərinin növbəliliyi bir, iki və üç növbədə işləyən təhsil müəssisələrinin təhsil müəssisələrinin ümumi sayına nisbəti, eyni zamanda birinci, ikinci və üçüncü növbədə oxuyanların, sayının oxuyanların ümumi sayına nisbəti kimi müəyyən edilən göstəricidir. |
3.5 | Statistik vahid | Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə) |
3.6 | Statistik məcmu | Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə ümumi təhsil müəssisələrində təhsil alanlardır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir. |
3.7 | İstinad zonası | Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələri |
3.8 | Vaxt əhatəliyi | 1990-cı ildən başlayaraq bütün illəri əhatə edir. |
3.9 | Baza dövrü | 1990-cı il |
4 | Ölçü vahidi | nəfər |
5 | Hesabat dövrü | illik |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | Təhsilin Beynəlxalq Standard Təsnifatı (ISCED 2011) |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir. |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. |
7.2 | Məxfi məlumatların işlənməsi | "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/) |
8.3 | İstifadəçi girişi | Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. |
9 | Yayım tezliyi | İllik |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Həm kağız, həm də elektron versiya şəklində yayılır. |
10.2 | Nəşrlər | Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət |
10.3 | Onlayn məlumat bazası | İllik məcmuələrin, bülletenlərin nəşri üçün məlumatlar bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, Ekspes-Məlumat və bir çox tapşırıqlar baza məlumatlarının yekunları əsasında hazırlanır. |
10.4 | Mikroməlumatlara giriş | Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. |
10.5 | Digər | |
10.6 | Metodologiya üzrə sənədlər | "Ümumi təhsil müəssisələrinin işi haqqında" 1-ümumi təhsil müəssisələri (toplu) №-li hesabat formasının doldurulmasına dair göstəriş (http://www.stat.gov.az) |
10.7 | Keyfiyyət üzrə sənədlər | |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılıb |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir. |
12.2 | İstifadəçi məmnunluğu | İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 31.08.2013-cü il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/Sorgu_2013.pdf) |
12.3 | Dolğunluq | Məlumat tam dolğun əhatə olunur |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Belə qiymətləndirmə aparılmamışdır |
13.2 | Seçmə xətası | Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil |
13.3 | Qeyri-seçmə xətası | Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur. |
14.2 | Tam vaxtında yerinə yetirmə | Ümumi təhsil müəssisələri barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir |
15.2 | Vaxt üzrə müqayisəlilik | Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur. |
15.3 | Sahələrarası uyğunluq | Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur |
15.4 | Daxili uyğunluq | Ümumi təhsil müəssisələrində təhsil alanları xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər. |
16 | Xərc və yük | 1-ümumi təhsil müəssisələri (toplu) №-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradır. |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir. |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | Ümumi təhsil müəssisələrində təhsil alanlara dair məlumatlar "Ümumi təhsil müəssisələrinin işi haqqında" 1-ümumi təhsil müəssisələri (toplu) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə ümumi təhsil müəssisələridir |
18.2 | Məlumatların toplanması dövriliyi | Məlumatlar illik dövriliklə toplanır |
18.3 | Məlumatların toplanması | Statistik vahidlər onlayn rejimdə təqdim edirlər |
18.4 | Məlumatlara nəzarət | Rayon (şəhər) təhsil şöbələri və qeyri-dövlət ümumi təhsil müəssisələri yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.azstat.org internet səhifəsində real vaxt rejimində təqdim edirlər. |
18.5 | Məlumatların ümumiləşdirilməsi | Ümumi təhsil müəssisələrində təhsil alanlara dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır. |
18.6 | Düzəlişlər | Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir. |
19 | Şərh | |