Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Ümumi təhsil müəssisələri
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Sosialt statistika şöbəsinin Təhsil, elm, inovasiya və mədəniyyət statistikası sektoru
1.3Əlaqə üçün məsul şəxs  Elçin Hacı
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  elchinh@azstat.org
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +994125389012
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +994125388641
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 24.07.2014
2.3Metaməlumatların son yenilənməsi tarixi 27.10.2017
3Statistik təqdimat  
3.1Məlumatların izahı Uşaqlara və gənclərə savad, hərtərəfli inkişaf və estetik tərbiyə verən müəssisələrdir. Ümumi təhsil müəssisələri bir və bir neçə təhsil proqramı əsasında təhsil prosesini həyata keçirir. Ümumi təhsil müəssisələrinə ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər aid edilir.
3.2Təsnifat sistemi  İnzibati-Ərazi vahidlərinin təsnifatı, Ölçü vahidlərinin təsnifatı
3.3Əhatə edilən sektor  Sosial
3.4Statistik anlayışlar və təriflər  Ümumi təhsil müəssisələri ibtidai, ümumi orta, tam orta ümumi təhsillərin ümumtəhsil proqramlarını həyata keçirən müəssisələridir. Ümumi təhsil müəssisələrinin növləri aşağıdakılardan ibarətdir: ibtidai, orta, tam orta ümumtəhsil məktəbləri, o cümlədən ayrı-ayrı fənləri dərindən öyrədən liseylər, gimnaziyalar. Ümumi təhsil məktəbləri dövlət, bələdiyyə və özəl müəssisələrinə bölünür. Ümumi təhsil müəssisələri fasiləsiz təhsil sisteminin əsas hissəsi hesab edilir və bütün ölkə vətəndaşlarına dövlət standartlarına uyğun pulsuz ümumi təhsil almalarında dövlət zəmanətli hüquqlarını həyata keçirməyə imkan verir.
3.5Statistik vahid Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
3.6Statistik məcmu  Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə ümumi təhsil müəssisələridir. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7İstinad zonası  Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələri
3.8Vaxt əhatəliyi  1990-cı ildən başlayaraq bütün illəri əhatə edir.
3.9Baza dövrü  1990-cı il
4Ölçü vahidi  ədəd
5Hesabat dövrü  illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Təhsilin Beynəlxalq Standard Təsnifatı (ISCED 2011)
6.2Məlumatların təşkilatlararası bölgüsü  Məlumatın hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
9Yayım tezliyi   İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2Nəşrlər  Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət
10.3Onlayn məlumat bazası  İllik məcmuələrin, bülletenlərin nəşri üçün məlumatlar bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, Ekspes-Məlumat və bir çox tapşırıqlar baza məlumatlarının yekunları əsasında hazırlanır.
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5Digər  
10.6Metodologiya üzrə sənədlər  "Ümumi təhsil müəssisələrinin işi haqqında" 1-ümumi təhsil müəssisələri (toplu) №-li hesabat formasının doldurulmasına dair göstəriş (http://www.stat.gov.az)
10.7Keyfiyyət üzrə sənədlər  
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılıb
11.2Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2İstifadəçi məmnunluğu İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 31.08.2013-cü il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (http://www.stat.gov.az/source/others/Sorgu_2013.pdf)
12.3Dolğunluq  Məlumat tam dolğun əhatə olunur
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndirmə aparılmamışdır
13.2Seçmə xətası  Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
14.2Tam vaxtında yerinə yetirmə  Ümumi təhsil müəssisələri barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3Sahələrarası uyğunluq  Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4Daxili uyğunluq  Ümumi təhsil müəssisələrini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16Xərc və yük  1-ümumi təhsil müəssisələri (toplu) №-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradır.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18Statistik emal 
18.1İlkin məlumatlar Ümumi təhsil müəssisələrinə dair məlumatlar "Ümumi təhsil müəssisələrinin işi haqqında" 1-ümumi təhsil müəssisələri (toplu) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə ümumi təhsil müəssisələridir.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar illik dövriliklə toplanır
18.3Məlumatların toplanması  Statistik vahidlər onlayn rejimdə təqdim edirlər
18.4Məlumatlara nəzarət  Rayon (şəhər) təhsil şöbələri və qeyri-dövlət ümumi təhsil müəssisələri yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real vaxt rejimində təqdim edirlər.
18.5Məlumatların ümumiləşdirilməsi Ümumi təhsil müəssisələrinə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6Düzəlişlər  Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19Şərh