Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Qeydə alınmış cinayətlər
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Sosial statistikası şöbəsinin Dövlət idarəetməsi və hüquqpozmalar statistikası sektoru
1.3Əlaqə üçün məsul şəxs  Fərid Əhmədov
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Dövlət idarəetməsi və hüquqpozmalar statistikası sektorunun müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  farid@azstat.org
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  538-90-32
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  -
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  24.07.2014
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 24.07.2014
2.3Metaməlumatların son yenilənməsi tarixi 06.09.2017
3Statistik təqdimat  
3.1Məlumatların izahı Müəyyən olunmuş vaxt müddətində konkret ərazidə baş vermiş cinayətləri əks etdirən, kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə olunan sosial-hüquqi hadisəsidir. Cinayətkarlıq əmsalı hesablanarkən mövcud əhalinin orta illik sayına dair məlumatlardan istifadə olunur.
3.2Təsnifat sistemi  Cinayətkarlıq haqqında məlumatların təhlil edilməsi zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən istifadə olunur.
3.3Əhatə edilən sektor  Dövlət idarəetməsi və hüquqpozmalar statistikası sektoru
3.4Statistik anlayışlar və təriflər  Cinayətkarlıq – qanunla qadağan olunmuş müxtəlif əməllərin, cinayətlərin məcmusu şəklində qarşımıza çıxan mürəkkəb sosial təzahürdür. Qeydə alınmış cinayətlər – cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş, aşkar edilmiş və rəsmi qeydiyyata alınmış ictimai təhlükəli əməldir. Ağır və xüsusilə ağır cinayətlər – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 4,5-ci bəndində adları çəkilən, cəmiyyət üçün daha çox təhlükəli olan qəsdən edilmiş əməldir. Cinayət törətmiş şəxslər - barələrində cinayət işi açılmış və daxili işlər orqanları tərəfindən rəsmi qeydiyyata alınmış şəxslərdir. İnsan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu maddədə göstərilən üsullardan istifadə olunmasa da insan alveri hesab edilir); Cinayət törətmiş şəxslər – müqəssir kimi çəsuliyyətə cəlb edilməsi haqqında qərar verilmiş şəxslərdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər – müqəssir kimi məsuliyyətə cəlb edilməsi haqqında qərar verilmiş şəxslərdir. Yetkinlik yaşına çatmayanların cinayətkarlığı – cinayəti törədərkən 14 yaşına çatmış, lakin 18 yaşı tamam olmamış şəxslərin cinayətlərinin məcmusudur. Cinayətlərdən dəyən iqtisadi zərər – istintaqı başa çatmış işlər və sənədlər üzrə istintaq orqanları tərəfindən cinayətlər nəticəsində dəyən zərərin müəyyən edilmiş məbləğidir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak — Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir; Mütəşəkkil cinayətkar qruplar – varlanmaq və külli miqdarda gəlir əldə etmək məqsədilə birləşmiş və tərkibinin sabitliyi, hərəkətlərinin miqyası, cinayət iştirakçılarının daxili ixtisaslaşması ilə seçilən qruplardır. Mütəşəkkil qruplar tərəfindən törədilən cinayətlərin sayı qeydə alınmış mütəşəkkil qruplar tərəfindən törədilən və Cinayət Məcəlləsində nəzərdə tutulan ictimai təhlükəli əməllərin sayıdır. Məhkum olunmuşların sayına qanuni qüvvəyə minmiş məhkəmələrin hökmü ilə haqqında qərar çıxarılmış müttəhimlər aid edilir. Mühakimlər üçün islah müəssisələrinin sayı - azadlıqdan məhrum edilməklə mühakimə olunanların cəzalarını çəkmək üçün nəzərdə tutulmuş koloniya-məntəqələrinin, islah və tərbiyə koloniyalarının, həbsxanaların sayıdır.
3.5Statistik vahid Cinayətkarlıq əmsalı hesablanarkən mövcud əhalinin orta illik sayına dair məlumatlardan istifadə olunur.
3.6Statistik məcmu  Göstəricinin əhatə etdiyi baş məcmu ilkin məlumatları təqdim edən hüquq-mühafizə orqanları.
3.7İstinad zonası  Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəsmi statistik hesabatlar
3.8Vaxt əhatəliyi  Cinayətkarlığa dair toplu məlumatların nəticələri dinamika sıralarında bütün illər üzrə əks etdirilir.
3.9Baza dövrü  Sonuncu baza dövrü 2016-cı ildir.
4Ölçü vahidi  Hadisə
5Hesabat dövrü  İllik hesabatlar yamvar ayının 16-sı, yarımillik hesabatlar isə iyul ayının 16-sı
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatların işlənməsinə dair normativ sənəd yoxdur.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Cinayətlər haqqında məlumatlar Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 17.02.2012-ci il tarixli 31/t nömrəli əmrlə təsdiq edilmişdir.
9Yayım tezliyi   Yarım illik, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq cinayətkarlığa dair məlumatlar hər il təhlili-məruzə, illik olaraq press-reliz şəklində yayımlanır.
10.2Nəşrlər  Azərbaycanda cinayətkarlıq, Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar, Azərbaycan rəqəmlərdə, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda gənclər, Azərbaycanın statistik göstəriciləri
10.3Onlayn məlumat bazası  İllik məcmuələrin, bülletenlərin nəşri üçün məlumatlar bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Təhlili məruzə, Press-reliz və bir çox tapşırıqlar baza məlumatlarının yekunları əsasında hazırlanır.
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5Digər  
10.6Metodologiya üzrə sənədlər  Cinayətkarlığa dair göstəricilərin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
10.7Keyfiyyət üzrə sənədlər  Hüquqpozmalar statistikasının hesablanmasına dair keyfiyyət məruzəsi yazılmışdır.
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanmışdır.
11.2Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Beynəlxalq təşkilatlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sorğular əsasında yeni göstəricilərə olan tələbat müəyyənləşdirilir. Zərurət yarandığı halda bu məlumatların əldə edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən təqdim olunan hesabatlarda dəyişikliklər edilməsi üçün bu orqanlara müraciət edilir. Hesabatlar yolu ilə əldə edilə bilinməyən məlumatların alınması ilə bağlı seçmə müayinələr aparılır.
12.2İstifadəçi məmnunluğu Cinayətkarlığa dair göstəricilərlə əlaqədar olaraq istifadəçi məmnuniyyətinin təmin olunmaması ilə bağlı heç bir məlumat daxil olmamışdır.
12.3Dolğunluq  Cinayətkarlığa dair məlumatlar tam dolğundur və hər hansı dövr üzrə sual qarşıya çıxmamışdır.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndimə aparılmamışdır.
13.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Yerli statistika orqanları üçün statistik işlər proqramı”na əsasən cinayətkarlığın hesablanması hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunur. Əldə olunan ilkin məlumatlar dərhal təhlil olunur və bu təhlil əsasında yanvar ayının 16-dək ölkə üzrə cinayətkarlığa dair məlumatlar əldə olunur.
14.2Tam vaxtında yerinə yetirmə  Göstəricilərin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Ölkə və regionlar üzrə göstərici hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur
15.3Sahələrarası uyğunluq  Cinayətkarlığa dair məlumatlar digər sahə statistikası şöbələri tərəfindən yığılmadığından sahələrarası uyğunluq aparılmır.
15.4Daxili uyğunluq  İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərq yaranmır.
16Xərc və yük  Statistik yükün azaıldılması məqsədilə hüquq-mühafizə orqanlarından məlumatlar illik və yarımillik dövrilikdə toplanır.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18Statistik emal 
18.1İlkin məlumatlar Cinayətkarlıq haqqında məlumatlar – hüquq-mühafizə orqanları tərəfindən DSK-nə təqdim olunan rəsmi statistika hesabatı formaları.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar illik və yarımillik dövriliklə toplanılır.
18.3Məlumatların toplanması  Məlumatlar hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə rəsmi statistika hesabatı formaları ilə təqdim edir.
18.4Məlumatlara nəzarət  Cinayətkarlıq və hüquqpozmalarla bağlı məlumatların daha operativ və dəqiq əldə edilməsi üçün Dövlət Statistika Komitəsi göstəricilərin daha dəqiq və mükəmməl aparılması məqsədi ilə gələcəkdə bu sahənin proqramlaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam edir.
18.5Məlumatların ümumiləşdirilməsi Cinayətkarlığa dair məlumatların üzərində kompilyasiya aparılaraq bir sıra məlumatlar əldə edilir. Məsələn: 1. qeydə alınmış cinayətlər; 2. ağır və xüsusilə ağır cinayətlər; 3. 14-17 yaşda olan uşaqlar tərəfindən törədilmiş cinayətlər; 4. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlər.
18.6Düzəlişlər  Mövsümi düzəlişlər aparılır və bu Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19Şərh  Əlavə şərh yoxdur.