Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Əhalinin gəlirləri və xərcləri
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Nuru Süleymanov
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  nuru.suleymanov@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  (+99412) 377 10 70 (22-15)
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  (+99412) 538 24 42
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  29.05.2025
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 29.05.2025
2.3Metaməlumatların son yenilənməsi tarixi 26.08.2025
3Statistik təqdimat  
3.1Məlumatların izahı Əhalinin gəlirləri və xərcləri balansı əhalinin gəlirləri, xərcləri və qənaətlərinin həcmi və strukturunu xarakterizə edən əsas məlumat mənbələrindən olmaqla əhalinin həyat səviyyəsinin sosial iqtisadi təhlili üçün vasitələrdən biridir. Balansın göstəriciləri əhalinin gəlirləri və xərclərinin ümumi həcmini və tərkibini müəyyənləşdirir. Əhalinin gəlir və xərcləri balansının tərtib edilməsi faktiki olaraq makroiqtisadi göstəricilər sisteminin qurulmasında aralıq mərhələdir və ümumi daxili məhsulun əhalinin sərəncamına gəlir formasında daxil olan hissəsini əks etdirir. Əhalinin gəlirləri və xərcləri balansının göstəriciləri Ev təsərrüfatları sektoru üzrə bütövlükdə ölkə iqtisadiyyatı üzrə tərtib edilir. Onların hesablanmasında bir neçə məlumat mənbəyindən, o cümlədən Dövlət Statistika Komitəsinin sahə şöbələrinin və inzibati mənbələrin yekun məlumatlarından istifadə olunur. Beləliklə balansın göstəricilərinin formalaşdırılması üçün vahid müşahidə və ya seçmə çərçivəsi mövcud deyildir və statistik vahid məfhumu tətbiq edilmir.
3.2Təsnifat sistemi  Əhalinin gəlirləri və xərcləri balansı MHS-2008 metodologiyasına uyğun hesablanır.
3.3Əhatə edilən sektor  Əhalinin gəlirləri və xərcləri balansı MHS-in ev təsərrüfatları sektorunu əhatə edir.
3.4Statistik anlayışlar və təriflər  Əhalinin gəlirləri və xərcləri balansı MHS-2008 metodologiyasına uyğun hesablanır. Balans gəlir, xərc və qənaətdən ibarətdir. Gəlir hissəsi ilkin gəlirləri, yəni əmək ödənişləri, mülkiyyətdən gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirləri və alınmış cari transferləri özündə birləşdirir. Xərc hissəsi son istehlak xərcləri, ödənilən cari transferlər və kreditlər üzrə faizlərdən ibarətdir. Əhalinin qənaətləri isə maliyyə və qeyri maliyyə aktivlərinin yığımıdır. Əhalinin gəlirləri və xərcləri balansının göstəricilərinin hesablanmasında bir neçə məlumat mənbəyindən istifadə olunur, buna görə də, Balans kontekstində statistik məcmu konsepsiyası tətbiq edilmir.
3.5Statistik vahid Əhalinin gəlirləri və xərcləri iqtisadiyyatın bütün sektorları ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricidir.
3.6Statistik məcmu  Əhalinin gəlirləri və xərcləri göstəricisinin hesablanması üçün lazımi məlumatlar müxtəlif statistik mənbələrdən əldə edilir. Qeyd etmək lazımdır ki, MHS-in makroiqtisadi göstəriciləri üçün, o cümlədən əhalinin gəlirləri və xərcləri üçün statistik məcmu anlayışı münasib deyil.
3.7İstinad zonası  Əhalinin gəlirləri və xərcləri beynəlxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 2008-in konsepsiyası əsasında hesablanır.
3.8Vaxt əhatəliyi  Əhalinin gəlir və xərcləri balansının 2000-ci ildən son hesabat dövrünədək vaxtı əhatə edən dinamika sıraları mövcuddur.
3.9Baza dövrü  Əhalinin gəlirləri və xərcləri balansının göstəriciləri nominal ifadədə dərc edilir və baza dövrü konsepsiyası tətbiq edilmir.
4Ölçü vahidi  Manatla
5Hesabat dövrü  Hesabat dövrləri müvafiq təqvim dövrlərinə uyğundur.
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur
6.2Məlumatların təşkilatlararası bölgüsü  Mövcud deyildir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır https://e-qanun.az/framework/8882 Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması 2016-cı il 23 noyabr tarixli 19/07s nömrəli sərəncamı ilə təsdiq edilmişdir “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti” sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf http://www.stat.gov.az/source/system_nat_accounts/
9Yayım tezliyi   Aylıq, Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq əhalinin gəlir və xərclərinə dair məlumatlar hər ay press-reliz şəklində yayımlanır və Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilir.
10.2Nəşrlər  Əhalinin gəlir və xərcləri balansı göstəriciləri Azərbaycanın Milli Hesabları və digər rüblük və illik statistik məcmuələrdə əks olunur, həmçinin Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilir.
10.3Onlayn məlumat bazası  http://www.stat.gov.az/source/system_nat_accounts/
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  MHS-2008-in metodoloji tövsiyyələrinə əsasən hesablanır.
10.6Metodologiya üzrə sənədlər  Əhalinin gəlir və xərcləri balansının Milli hesablar sisteminin metodologiyasına uyğun hesablanmasına dair metodoloji tövsiyələr Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcuddur.
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Əhali statistikası üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə) dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/population_sb.pdf).
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İstifadəçilərin tələbatı aylıq, rüblük və illik məlumatlardır. Əsas istifadəçilər İqtisadiyyat Nazirliyi, Beynəlxalq təşkilatlar.
12.2İstifadəçi məmnunluğu İldə bir dəfə Milli hesablar və makroiqtisadi göstəricilər statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına daxil olaraq "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar.
12.3Dolğunluq  Əhalinin gəlirləri və xərcləri balansı üzrə məlumatlar tam dolğundur və balansın hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Balansın məlumatları müxtəlif mənbələrdən əldə edilmiş məlumatların ölkə üzrə balanslaşdırılmış nəticəsidir və milli hesablar statistikası ilə uyğunlaşdırılır.
13.2Seçmə xətası  Mövcud deyildir (3.5-ci bəndə bax)
13.3Qeyri-seçmə xətası  Mövcud deyildir (3.5-ci bəndə bax)
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Məlumatların alınması ilə əhalinin gəlirləri və xərclərinin hesablanması arasında çox vaxt keçmir və balans vaxtında hesablanır.
14.2Tam vaxtında yerinə yetirmə  Əhalinin gəlirləri və xərcləri balansının hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan kənarlaşma halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Mövcud deyildir.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr mövcud deyildir.
15.3Sahələrarası uyğunluq  Balansın məlumatlarının ölkənin digər makroiqtisadi göstəricilərinə uyğunluğu təmin edilir.
15.4Daxili uyğunluq  Balansın məlumatlarının balans çərçivəsində uyğunluğu təmin edilir.
16Xərc və yük  Mövcud deyildir.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti”nə uyğun aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Əhalinin gəlir və xərclərinə dair ilkin aylıq məlumatlar rüblük məlumatlar əsasında, aylıq və rüblük məlumatlar isə illik yekun məlumatlar əsasında dəqiqləşdirilir.
18Statistik emal 
18.1İlkin məlumatlar İnzibati məlumatlar və Dövlət Statistika Komitəsinin sahə şöbələrinin müvafiq məlumatlarından istifadə edilir.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar aylıq, rüblük və illik dövrilikdə toplanılır.
18.3Məlumatların toplanması  Əhalinin gəlirləri və xərclərinin balansı göstəricilərinin hesablanması üçün məlumatlar Dövlət Statistika Komitəsinin “Statistik işlər proqramı”na uyğun həyata keçirilir.
18.4Məlumatlara nəzarət  Məlumatların keyfiyyətinə nəzarət olunur və yoxlanılır.
18.5Məlumatların ümumiləşdirilməsi Balansın göstəriciləri inzibati mənbələrin və Statistika Komitəsinin sahə şöbələrinin müvafiq məlumatları əsasında formalaşdırılır və balanslaşdırılır.
18.6Düzəlişlər  Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları" və “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti”nə uyğun olaraq aparılır.
19Şərh  Əlavə şərh yoxdur.