Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Orta aylıq nominal əmək haqqı
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Əmək Statistikası Şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Nemət Xuduzadə
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  nemath@azstat.org
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 6121
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 13.08.2014
2.3Metaməlumatların son yenilənməsi tarixi 24.10.2019
3Statistik təqdimat  
3.1Məlumatların izahı Əmək haqqına dair aylıq, rüblük və illik statistik məlumatların əldə edilməsinin məqsədi iqtisadi fəaliyyət və mülkiyyət növləri, cins, inzibati rayonlar (şəhərlər) və s. üzrə orta əməkhaqqının müəyyən edilməsidir.
3.2Təsnifat sistemi  • İqtisadi fəaliyyət növlərinin təsnifatı (İFNT) 3-cü versiya; • Məşğulluq təsnifatı; • Mülkiyyət növləri təsnifatı; • İnzibati ərazi bölgüsü təsnifatı; http://www.azstat.org/tesnifat/
3.3Əhatə edilən sektor  İqtisadiyyatın bütün fəaliyyət növlərini əhatə edir.
3.4Statistik anlayışlar və təriflər  Muzdla işləyən işçilər Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (müddətli və ya müddətsiz) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslərdir. İşçilərin orta aylıq sayı hesabat ayının qeyri-iş günləri də (bayram və ya istirahət günləri) daxil olmaqla hər bir təqvim günü üçün işləmiş işçilərin sayının toplanması və alınmış rəqəmin hesabat ayının təqvim günlərinin sayına bölünməsi yolu ilə hesablanır. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Orta aylıq nominal əmək haqqı hesablanmış əmək haqqı fondunun (vergilər və digər sosial ödəmələr daxil olmaqla) faktiki işləmiş işçilərin sayına (sosial, habelə ödənişsiz məzuniyyət verilmiş işçilər istisna olmaqla) bölünməsi ilə müəyyən edilir.
3.5Statistik vahid Hesabat dövründə ölkədə iqtisadi fəaliyyəti olan bütün statistik vahidlər.
3.6Statistik məcmu  İqtisadi fəaliyyət növləri üzrə (İFNT 3-cü versiya) bir və ya daha çox işçisi olan bütün statistik vahidlərdə çalışan işçilərin sayı, həmçinin vakansiyaların sayı və əməkhaqqı.
3.7İstinad zonası  Bütün ölkə əhatə olunur.
3.8Vaxt əhatəliyi  1993-cü ildən rüblük, illik, 1999-cu ildən aylıq.
3.9Baza dövrü  Yoxdur.
4Ölçü vahidi  Orta əməkhaqqı – AZN, işçilərin sayı – nəfər, işlənmiş iş saatları – saat
5Hesabat dövrü  aylıq, rüblük və illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Orta aylıq nominal əmək haqqının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  • “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9Yayım tezliyi   İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq əmək haqqına dair məlumatlar hər ay məruzə şəklində yayımlanır.
10.2Nəşrlər  Göstəriciyə dair əsas məlumatlar: "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər" Dövlət Statistika Komitəsinin internet saytda mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. http://www.azstat.org/MESearch/details?lang=az&type=2&id=123&departament=7
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq sorğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
10.6Metodologiya üzrə sənədlər  Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyət məruzəsi – http://www.stat.gov.az/menu/2/quality/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik biznes-prosesin ümumi modeli” tətbiq edilir. 2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və 1-əmək nömrəli forma üzrə “Tvinninq” layihəsi çərçivəsində Almaniya və Bolqarıstan statistikasının ekspertlərinin iştirakı ilə müşahidə rəhbəri tərəfindən özünüqiymətləndirmə keçirilmişdir. İldə 1 dəfədən az olmamaq şərtilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illrdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Orta aylıq nominal əmək haqqı göstəricisi həm beynəxalq, həm rəhbər orqanların, kütləvi informasiya vasitələrinin, həm də elmi mütəxəssislərin, həm də geniş ictimaiyyətin nümayəndələrinin maraq dairəsindədir. Göstərici əsasən işsizlik, işlə təminat və s. üzrə vəziyyətin öyrənilməsi və təhlili məqsədilə istifadə olunur.
12.2İstifadəçi məmnunluğu 04.12.2018-ci ildə keçirilən "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri"nə əsasən respondentlərin 77,0 faizi əmək statistikasına tam, 10,5 faizi qismən inandıqlarını, 7,1 faizi inanmadığı, 5,4 faizi isə bilmədiyini bildirmişlər.
12.3Dolğunluq  Orta aylıq nominal əmək haqqı haqqında məlumat mövcuddur və tam dolğundur.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndimə aparılmamışdır. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
13.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
14.2Tam vaxtında yerinə yetirmə  Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Ölkə üzrə cəmi, həmçinin şəhər və kənd yerləri üzrə hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr nəzərdə tutulmur.
15.3Sahələrarası uyğunluq  Əlaqəli statistika yoxdur.
15.4Daxili uyğunluq  İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16Xərc və yük  Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Belə təcrübə mümkündür.
18Statistik emal 
18.1İlkin məlumatlar 1-əmək №-li forma (Əmək üzrə hesabat); 4-əmək №-li forma (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında)
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar aylıq, rüblük və illik dövrülüklə toplanır.
18.3Məlumatların toplanması  Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4Məlumatlara nəzarət  Hesabat elektron formada təqdim olunur. Hesabat üzrə toplanması nəzərdə tutulan məlumatın həcminin tamlığına və düzgünlüyünə nəzarət www.stat.gov.az saytı vasitəsilə həyata keçirilir. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
18.5Məlumatların ümumiləşdirilməsi Məlumatların keyfiyyətinə nəzarət zamanı aşkar edilmiş uyğunsuzluqların redaktəsi makro səviyyədə də həyata keçirilir, yəni ayrı-ayrı göstəricilərin təsviri statistikası regionlar, rayonlar, şəhər və kənd səviyyəsində hesablanır. Bu zaman mühüm kəmiyyət göstəricilərinin orta kəmiyyəti, median qiyməti, orta kəmiyyətin xətası, standart kənarlaşma, variasiya əmsalı, dayanıqlıq əmsalı və s. riyazi-statistik xarakteristikalar müəyyən olunur. Variasiyası böyük olan göstəricilər ayrılıqda redaktə üçün tədqiq olunur. Nəzarət zamanı buraxılmış məlumatların şərti bərpası (impyutasiyası) müvafiq metodlarla həyata keçirilir. Düzəlişlərin aparılması və boşluqların (buraxılmış göstəricilərin) bərpası zamanı orta kəmiyyət, yaxın qonşu, reqressiya modeli və s. üsullardan istifadə olunur. Cavab verməyən ev təsərrüfatları çəkilərin yenidən hesablanmasında nəzərə alınır.
18.6Düzəlişlər  Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır.
19Şərh  Əlavə şərh yoxdur.