Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          İşsiz əhali
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Əmək statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Xuduzadə Nemət
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  nemat.khuduzade@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 61 21
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 13.10.2016
2.3Metaməlumatların son yenilənməsi tarixi 23.04.2021
3Statistik təqdimat  
3.1Məlumatların izahı İşsiz əhaliyə dair məlumatlar Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına əsasən keçirilən işçi qüvvəsinə dair seçmə statistik müayinə əsasında əldə edilir . İşsiz əhalinin sayı və işsizlik səviyyəsinə dair göstəricilər müntəzəm olaraq nəşr olunur və beynəlxalq müqayisəlilik aparılır.
3.2Təsnifat sistemi  İnzibati ərazi bölgüsü təsnifatı 2019; Milli təhsil təsnifatı http://www.azstat.org/tesnifat/
3.3Əhatə edilən sektor  Ölkənin bütün inzibati rayonlarını əhatə edir.
3.4Statistik anlayışlar və təriflər  İşsiz əhali Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq, işi və qazancı olmayan, son 4 həftə və ya 1 ay ərzində ödənişli və ya gəlir gətirən hər hansı işlə məşğul olmaq üçün iş axtaran və 2 həftə ərzində işə başlamağa hazır olan əmək qabiliyyətli yaşda olan şəxslərdir.
3.5Statistik vahid  Seçilmiş ev təsərrüfatları və onların 15 və yuxarı yaşda olan ailə üzvləri
3.6Statistik məcmu  Ölkə üzrə işsiz əhali
3.7İstinad zonası  Bütün ölkə əhatə olunur
3.8Vaxt əhatəliyi   İşsiz əhali 1999-cu ildən etibarən Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında hesablanır.
3.9Baza dövrü  1999-cu ildən başlayaraq istənilən dövr baza dövrü kimi istifadə oluna bilər.
4Ölçü vahidi  nəfər
5Hesabat dövrü  rüblük
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti qanunvericilik aktları.
6.2Məlumatların təşkilatlararası bölgüsü   İşsiz əhalinin sayının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti   “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi   Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş   Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9Yayım tezliyi   Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq hər rüb Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yayımlanır.
10.2Nəşrlər  Göstəriciyə dair məlumatlar: "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər", "Azərbaycan gəncləri" Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. http://www.azstat.org/MESearch/details?lang=az&type=2&id=123&departament=7
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər   Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq sorğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
10.6Metodologiya üzrə sənədlər  Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyət məruzəsi – http://www.stat.gov.az/menu/2/quality/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi, 2018-ci ildə Avrostatın cəlb etdiyi beynəlxalq ekspertlər tərəfindən “İşçi qüvvəsinə dair müayinə” üzrə sektoral qiymətləndirmə keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir. 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında ““Əhalinin iqtisadi fəallığı”na dair statistik müayinənin statistika prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə dair statistika proseslərinin təsviri hazırlanmışdır. (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/labour/02_sb.pdf)
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları   İşsiz əhalinin sayına dair göstəricilər beynəxalq təşkilatların, rəhbər orqanların, kütləvi informasiya vasitələrinin, tədqiqatçıların, ümumilikdə geniş ictimaiyyətin nümayəndələrinin diqqət mərkəzindədir.
12.2İstifadəçi məmnunluğu 25.11.2020-ci ildə keçirilən "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri"nə əsasən respondentlərin 80,8 faizi əmək statistikasına tam, 13,1 faizi qismən inandıqlarını, 6,1 faizi inanmadığını bildirmişlər.
12.3Dolğunluq  Məlumat sorğu metodologiyası sənədinə uyğun olaraq tam dolğundur.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik   Seçmə statistik müşahidəsinin layihəsinin tərtibi ölkənin bütün regionlarını (şəhər, kənd) əhatə edir. Seçmə planı regionlarda mövcud olan ev təsərrüfatlarının sayına mütənasib olaraq 1 faiz hesabı ilə tərtib olunur. Ölkənin bütün regionları üzrə reprezentativlik təmin olunur. Nümunələrin seçilməsi iki mərhələli olmaqla sadə təsadüfi üsulla SPSS proqram paketi vasitəsilə aparılır. Seçmə əlaməti üzrə (1-ci mərhələdə ev təsərrüfatlarının sayına görə, 2-ci mərhələdə isə ailənin ölçüsünə görə) layihənin səmərəliliyi (dizayn effekti) hesablanır. Kəmiyyət və keyfiyyət göstəriciləri qiymətləndirilir.
13.2Seçmə xətası   Baş məcmunun seçmə əlaməti üzrə statistik xarakteristikası (orta kəmiyyət, standart kənarlaşma, dispersiya, variasiya əmsalı, seçmə orta kəmiyyətin standart xətası, dayanıqlıq əmsalı və s.) hesablanır. Sayıcı məntəqələri əhalinin siyahıyaalınma məlumatları əsasında tərtib edildiyinə görə ev təsərrüfatlarının sayına görə həmcinslik təmin edilir. Bu səbəbdən sayıcı məntəqələri üzrə qruplaşma aparılmır. Seçmənin 2-ci mərhələsində seçmə əlaməti kimi ev təsərrüfatlarının ölçüsü əsas götürülür. Ev təsərrüfatlarının ölçüsünə görə statistik xarakteristika hesablanır. Seçmə prosesi rayon daxilində şəhər və kənd üzrə aparıldığından ev təsərrüfatlarının ölçüsünə görə həmcinslik təmin edilir.
13.3Qeyri-seçmə xətası   Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma  Vaxtlı-vaxtında olma mütəmadi olaraq istifadəçilərlə müzakirə edilir. Müşahidənin vaxtlı-vaxtında olması istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtı arasında razılaşmadır (kompromisdir).
14.2Tam vaxtında yerinə yetirmə   Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik   Ölkə üzrə cəmi, həmçinin iqtisadi və inzibati rayonlar (şəhərlər) üzrə hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik   Bu göstərici üzrə məlumatların dinamika sıralarında fasilələr yoxdur.
15.3Sahələrarası uyğunluq  Əlaqəli statistika yoxdur.
15.4Daxili uyğunluq   İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərqlər yarana bilər.
16Xərc və yük   Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Belə təcrübə mümkündür.
18Statistik emal 
18.1İlkin məlumatlar  İlkin məlumatlar İşçi qüvvəsinə dair rüblük müayinə əsasında seçməyə düşmüş ev təsərrüfatlarının 15 və yuxarı yaşda olan üzvlərinin sorğuya cəlb olunması vasitəsilə formalaşır. Müayinə iki pillə əsasında aparılır. Birinci pillənin vahidləri sayıcı məntəqələri, ikinci pillənin vahidləri isə ev təsərrüfatlarıdır. Birinci pillə seçmədə iştirak edən sayıcı məntəqələrinin müəyyən edilməsindən ibarətdir. Bu məntəqələr hər bir rayon daxilində təsadüfi üsulla seçilir. Seçməyə cəlb olunmuş məntəqələr hər il aktuallaşdırılır. Müayinə üzrə seçmə həcmi hər ilin yanvarın 1-i vəziyyətinə ölkədə mövcud ev təsərrüfatlarının cəmi sayının 1 faizini nəzərdə tutur. Seçmənin bu həcmi ölkənin iqtisadi və inzibati rayonlarının şəhər və kəndləri üzrə mütənasib olaraq bölünür və seçmə planı tərtib olunur. Bu plan əsasında məntəqələr üzrə mütənasib şəkildə seçmə sayı hesablanır və müəyyən olunmuş saya uyğun olaraq hər bir rayonun daxilində şəhər və kəndlər üzrə ayrı-ayrılıqda sadə təsadüfi üsulla ev təsərrüfatları seçilir. Seçməyə cəlb olunmuş ev təsərrüfatlarının rayon siyahısı tərtib olunur. Siyahıda ərazinin kodu, adı, sayıcı məntəqəsinin nömrəsi, ev təsərrüfatı başçısının adı, soyadı, ünvanı göstərilir. Hər ilin II rübündən başlayaraq rotasiya üsulu tətbiq edilir. Belə ki, hər rüb seçmə həcminin 25 faizi yeniləri ilə əvəz olunur.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar rüblük dövrülüklə toplanır.
18.3Məlumatların toplanması  Məlumatlar respondentlər ilə üz-üzə müsahibələr yolu ilə toplanır. www.stat.gov.az/menu/4/e-reports/az/02/002_p.php Mütəmadi olaraq sorğunu aparan şəxslərə seminarlar keçirilir.
18.4Məlumatlara nəzarət   Yerli statistika orqanları tərəfindən toplanmış məlumatlar mikro və makro səviyyədə yoxlanılması həyata keçirilir, yəni seçmə planına müvafiq olaraq ev təsərrüfatlarının və respondentlərin sorğuya cavab vermə səviyyəsi, sorğudan imtina etmiş ev təsərrüfatlarının yaxud respondentlərin təyin edilməsi, siyahıda göstərilmiş ünvanda mövcud olmayan ev təsərrüfatları dəqiqləşdirilir. Eyni zamanda sorğu anketində nəzərdə tutulmuş suallara natamam cavab verən respondentlər müəyyən edilir. Əvvəlki dövrün sorğu məlumatları və cari statistik məlumatlarla müqayisə edilərək aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılır.
18.5Məlumatların ümumiləşdirilməsi Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, müvafiq yerli statistika orqanı, o cümlədən sorğunu aparan şəxslər bu barədə məlumatlandırılır və hesabat dövrü başa çatmadan uyğun düzəlişlər edilir. Məlumatların keyfiyyətinə nəzarət zamanı aşkar edilmiş uyğunsuzluqların redaktəsi makro səviyyədə də həyata keçirilir, yəni ayrı-ayrı göstəricilərin təsviri statistikası iqtisadi regionlar, o cümlədən rayonlar (şəhərlər), rayonların şəhər və kənd yerləri səviyyəsində hesablanır. Bu zaman mühüm kəmiyyət göstəricilərinin orta kəmiyyəti, orta kəmiyyətin xətası, standart kənarlaşma, variasiya əmsalı, dayanıqlıq əmsalı və s. riyazi-statistik xarakteristikalar müəyyən olunur. Variasiyası böyük olan göstəricilər ayrılıqda redaktə üçün tədqiq olunur. Nəzarət zamanı buraxılmış məlumatların şərti bərpası (impyutasiyası) müvafiq metodlarla həyata keçirilir. Düzəlişlərin aparılması və boşluqların (buraxılmış göstəricilərin) bərpası zamanı orta kəmiyyət, yaxın qonşu, reqressiya modeli və s. üsullardan istifadə olunur. Cavab verməyən ev təsərrüfatları çəkilərin yenidən hesablanmasında nəzərə alınır.
18.6Düzəlişlər  Mövsümi düzəlişlər aparılmır.
19Şərh  Əlavə şərh yoxdur.