Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Məşğul əhali
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Əmək Statistikası Şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Xuduzadə Nemət
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  nemath@azstat.org
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 61 21
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 13.10.2016
2.3Metaməlumatların son yenilənməsi tarixi 15.03.2019
3Statistik təqdimat  
3.1Məlumatların izahı Məşğul əhali - Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir. İqtisadiyyatda məşğul olan əhaliyə muzdla işləyənlər və özüməşğul əhali daxildir, o cümlədədn sahibkarlar, fərdi qaydada iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar, istehsalat kooperativ üzvləri və ailə müəssisəsində əməyi ödənilməyən işçi kimi əmək fəaliyyəti ilə məşğul olanlar aiddir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına uyğun olaraq məşğulluğa dair rüblük məlumatlar təmin edilir və beynəlxalq müqayisəlilik aparılır. Məşğul əhalinin sayı və məşğulluq səviyyəsi müntəzəm olaraq nəşr olunur.
3.2Təsnifat sistemi  • İqtisadi fəaliyyət növlərinin təsnifatı (İFNT); • Məşğulluq təsnifatı; • Mülkiyyət növləri təsnifatı; • İnzibati ərazi bölgüsü təsnifatı; • Milli Təhsil Təsnifatı http://www.azstat.org/tesnifat/
3.3Əhatə edilən sektor  Müşahidə iqtisadiyyatın bütün sektorlarını əhatə edir.
3.4Statistik anlayışlar və təriflər  İşçi qüvvəsinə dair müayinə (İQM) əmək bazarını xarakterizə edən əsas göstəriciləri - məşğulluq, işsizlik, iqtisadi qeyri-fəallıq, iş saatları, məşğulluq statusu, iqtisadi fəaliyyət növləri, peşələr və s., eyni zamanda sosial-demoqrafik xarakteristikaları özündə əks etdirən yaş, cins, təhsil, yaşayış yeri və ailə vəziyyəti – təmin edir. İşçi qüvvəsinə dair müayinənin (İQM) əsas hədəfi seçilmiş ev təsərrüfatlarından olan 15 və yuxarı yaşda olan əhalidir. Bu müayinə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qəbul edilmiş işçi qüvvəsi statistikasına dair beynəlxalq tövsiyələr əsasında həyata keçirilir. İQM metodologiyası bəzi istisnalar olmaqla Aİ ölkələrində keçirilən İQM-ə dair Aİ-nin qətnaməsinə uyğunlaşdırılmışdır. İqtisadiyyatda məşğul olan əhaliyə muzdla işləyənlər və özüməşğul əhali daxildir, o cümlədədn sahibkarlar, fərdi qaydada iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar, istehsalat kooperativ üzvləri və ailə müəssisəsində əməyi ödənilməyən işçi kimi əmək fəaliyyəti ilə məşğul olanlar aiddir.
3.5Statistik vahid Müşahidə vahidi – Məşğul insanlar Hesabat vahidi – seçmə müayinəyə daxil edilmək üçün seçilmiş ev təsərrüfatları və onların üzvləri
3.6Statistik məcmu  Baş məcmuya milli qanunvericilik ilə müəyyən olunmuş əmək qabiliyyətili yaşda olan bütün məşğul əhali daxildir.
3.7İstinad zonası  Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları
3.8Vaxt əhatəliyi  Məşğul əhali 2003-cü ildən etibarən Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında hesablanır.
3.9Baza dövrü  Göstəricinin baza dövrü yoxdur, çünki indeks hesablanmır.
4Ölçü vahidi  nəfər
5Hesabat dövrü  rüblük
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Məşğul əhalinin sayının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  • “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9Yayım tezliyi   İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Bu göstərici haqqında mətbuata məlumat təqdim edilmir.
10.2Nəşrlər  Göstəriciyə dair əsas məlumatlar: "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər", "Azərbaycan gəncləri" Dövlət Statistika Komitəsinin internet saytda mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. http://www.azstat.org/MESearch/details?lang=az&type=2&id=123&departament=7
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq sorğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
10.6Metodologiya üzrə sənədlər  Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyət məruzəsi – http://www.stat.gov.az/menu/2/quality/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik biznes-prosesin ümumi modeli” tətbiq edilir. 2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və 1-əmək nömrəli forma üzrə “Tvinninq” layihəsi çərçivəsində Almaniya və Bolqarıstan statistikasının ekspertlərinin iştirakı ilə müşahidə rəhbəri tərəfindən özünüqiymətləndirmə keçirilmişdir. İldə 1 dəfədən az olmamaq şərtilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illrdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Əsas istifadəçilər: • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), • İqtisadiyyat Nazirliyi (İN), • Təhsil Nazirliyi (TN), • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) • digər dövlət orqanları beynəlxalq təşkilatlar: • Beynəlxalq Əmək Təşkilatı (BƏT), • Beynəlxalq Valyuta Fondu (BVF), • Dünya Bankı (DB), • BMT-nin Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyası və s.
12.2İstifadəçi məmnunluğu 04.12.2018-ci ildə keçirilən "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri"nə əsasən respondentlərin 77,0 faizi əmək statistikasına tam, 10,5 faizi qismən inandıqlarını, 7,1 faizi inanmadığı, 5,4 faizi isə bilmədiyini bildirmişlər.
12.3Dolğunluq  Məlumat sorğu metodologiyası sənədinə uyğun olaraq tam dolğundur.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Seçmə statistik müşahidəsinin layihəsinin tərtibi ölkənin bütün regionlarını (şəhər, kənd) əhatə edir. Seçmə planı regionlarda mövcud olan ev təsərrüfatlarının sayına mütənasib olaraq 1 faiz hesabı ilə tərtib olunur. Ölkənin bütün regionları üzrə reprezentativlik təmin olunur. Nümunələrin seçilməsi iki mərhələli olmaqla sadə təsadüfi üsulla SPSS proqram paketi vasitəsilə aparılır. Seçmə əlaməti üzrə (1-ci mərhələdə ev təsərrüfatlarının sayına görə, 2-ci mərhələdə isə ailənin ölçüsünə görə) layihənin səmərəliliyi (dizayn effekti) hesablanır. Kəmiyyət və keyfiyyət göstəriciləri qiymətləndirilir.
13.2Seçmə xətası  Baş məcmunun seçmə əlaməti üzrə statistik xarakteristikası (orta kəmiyyət, standart kənarlaşma, dispersiya, variasiya əmsalı, seçmə orta kəmiyyətin standart xətası, dayanıqlıq əmsalı və s.) Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən hesablanır. Sayıcı məntəqələri əhalinin siyahıyaalınma məlumatları əsasında tərtib edildiyinə görə ev təsərrüfatlarının sayına görə həmcinslik təmin edilir. Bu səbəbdən sayıcı məntəqələri üzrə qruplaşma aparılmır. Seçmənin 2-ci mərhələsində seçmə əlaməti kimi ev təsərrüfatlarının ölçüsü əsas götürülür. Ev təsərrüfatlarının ölçüsünə görə statistik xarakteristika hesablanır. Seçmə prosesi rayon daxilində şəhər və kənd üzrə aparıldığından ev təsərrüfatlarının ölçüsünə görə həmcinslik təmin edilir.
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Vaxtlı-vaxtında olma mütəmadi olaraq istifadəçilərlə müzakirə edilir. Müşahidənin vaxtlı-vaxtında olması istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtı arasında razılaşmadır (kompromisdir). Orta istehsal vaxtı: 45 gün
14.2Tam vaxtında yerinə yetirmə  Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Ölkə üzrə cəmi, həmçinin şəhər və kənd yerləri üzrə hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Bu göstərici üzrə məlumat 1990-cı ildən mövcuddur və dinamika sıralarında fasilələr yoxdur.
15.3Sahələrarası uyğunluq  Əlaqəli statistika yoxdur.
15.4Daxili uyğunluq  İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərqlər yarana bilər.
16Xərc və yük  Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi   Belə təcrübə mümkündür.
18Statistik emal 
18.1İlkin məlumatlar İlkin məlumatlar İşçi qüvvəsinə dair rüblük müayinə əsasında seçməyə düşmüş ev təsərrüfatlarının 15 və yuxarı yaşda olan üzvlərinin sorğuya cəlb olunması vasitəsilə formalaşır. Müayinə iki pillə əsasında aparılır. Birinci pillə seçmədə iştirak edən sayıcı məntəqələrinin müəyyən edilməsindən ibarətdir. Bu məntəqələr hər bir rayon daxilində təsadüfi üsulla seçilir. Seçməyə cəlb olunmuş məntəqələr hər il aktuallaşdırılır. Müayinə üzrə seçmə həcmi hər ilin yanvarın 1-i vəziyyətinə ölkədə mövcud ev təsərrüfatlarının cəmi sayının 1 faizini nəzərdə tutur. Seçmənin bu həcmi ölkənin iqtisadi və inzibati rayonlarının şəhər və kəndləri üzrə mütənasib olaraq bölünür və seçmə planı tərtib olunur. Bu plan əsasında məntəqələr üzrə mütənasib şəkildə seçmə sayı hesablanır və müəyyən olunmuş saya uyğun olaraq hər bir rayonun daxilində şəhər və kəndlər üzrə ayrı-ayrılıqda sadə təsadüfi üsulla ev təsərrüfatları seçilir. Seçməyə cəlb olunmuş ev təsərrüfatlarının rayon siyahısı tərtib olunur. Siyahıda ərazinin kodu, adı, sayıcı məntəqəsinin nömrəsi, ev təsərrüfatı başçısının adı, soyadı, ünvanı göstərilir. Hər ilin II rübündən başlayaraq rotasiya üsulu tətbiq edilir. Belə ki, rayon daxilində hər rüb seçmə həcminin 25 faizi yeniləri ilə əvəz olunur.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar rüblük dövriliklə toplanır.
18.3Məlumatların toplanması  Məlumatlar üz-üzə müsahibələr yolu ilə kağız anketlər vasitəsilə respondentlərin birbaşa özlərindən və ya həmin ev təsərrüfatının digər üzvlərindən toplanır. www.stat.gov.az/menu/4/e-reports/az/02/002_p.php İldə bir dəfə regional səviyyədə müayinə aparan şəxslərə müayinələrin necə aparılması ilə bağlı seminarlar keçirilir.
18.4Məlumatlara nəzarət  Yerli statistika orqanları tərəfindən toplanmış məlumatlar mikro və makro səviyyədə yoxlanılması həyata keçirilir, yəni seçmə planına müvafiq olaraq ev təsərrüfatlarının və respondentlərin sorğuya cavab vermə səviyyəsi, sorğudan imtina etmiş ev təsərrüfatlarının yaxud respondentlərin təyin edilməsi, siyahıda göstərilmiş ünvanda mövcud olmayan ev təsərrüfatları dəqiqləşdirilir. Eyni zamanda sorğu anketində nəzərdə tutulmuş suallara natamam cavab verən respondentlər müəyyən edilir. Əvvəlki dövrün sorğu məlumatları və cari statistik məlumatlarla müqayisə edilərək aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılır.
18.5Məlumatların ümumiləşdirilməsi Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları, o cümlədən intervüyerlər bu barədə məlumatlandırılır və hesabat dövrü bitmədən uyğun düzəlişlər edilir. Məlumatların keyfiyyətinə nəzarət zamanı aşkar edilmiş uyğunsuzluqların redaktəsi makro səviyyədə də həyata keçirilir, yəni ayrı-ayrı göstəricilərin təsviri statistikası regionlar, rayonlar, şəhər və kənd səviyyəsində hesablanır. Bu zaman mühüm kəmiyyət göstəricilərinin orta kəmiyyəti, median qiyməti, orta kəmiyyətin xətası, standart kənarlaşma, variasiya əmsalı, dayanıqlıq əmsalı və s. riyazi-statistik xarakteristikalar müəyyən olunur. Variasiyası böyük olan göstəricilər ayrılıqda redaktə üçün tədqiq olunur. Nəzarət zamanı buraxılmış məlumatların şərti bərpası (impyutasiyası) müvafiq metodlarla həyata keçirilir. Düzəlişlərin aparılması və boşluqların (buraxılmış göstəricilərin) bərpası zamanı orta kəmiyyət, yaxın qonşu, reqressiya modeli və s. üsullardan istifadə olunur. Cavab verməyən ev təsərrüfatları çəkilərin yenidən hesablanmasında nəzərə alınır.
18.6Düzəlişlər  Mövsümi düzəlişlər aparılmır.
19Şərh  Əlavə şərh yoxdur.