Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Təbii artımın ümumi əmsalı
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Əhali statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Rza Allahverdiyev
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Əhali statistikası şöbəsinin müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti 81
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  rza.allahverdiyev@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538-51-43; +99412 377-10-70 (22-11)
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  Yoxdur
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  19.04.2019
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 19.04.2019
2.3Metaməlumatların son yenilənməsi tarixi 31.05.2024
3Statistik təqdimat  
3.1Məlumatların izahı Döğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq.
3.2Təsnifat sistemi  Azərbaycan Respublikasının “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024”
3.3Əhatə edilən sektor  Təbii artımın ümumi əmsalı üzrə göstəricilər bütün respublikanı əhatə edir.
3.4Statistik anlayışlar və təriflər  Əhalinin təbii artımının əhalinin orta illik sayına bölünməsi ilə və ya doğumun və ölümün ümumi əmsallarının fərqi ilə müəyyən olunur. Təbii artımın ümumi əmsalı əsasən doğumun və ölümün təsiri altında əhalinin sayının dəyişilməsinin qiymətləndirilməsi zamanı istifadə olunur.
3.5Statistik vahid Müşahidə vahidi: Doğulanlar və ölənlər. Hesabat təqdim edən vahid: Əhalinin siyahıyaalınması, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi.
3.6Statistik məcmu  1-VVADQ nömrəli rəsmi statistika hesabatı forması
3.7İstinad zonası  Azərbaycan Respublikası üzrə
3.8Vaxt əhatəliyi  Təbii artımın əmsalı üzrə məlumatların dinamika sıraları 1935-ci ildən başlayaraq hal-hazırkı dövrə qədər aparılır
3.9Baza dövrü  Hal-hazırda təbii artımın əmsalı üzrə baza dövrü 1990-cı ildir
4Ölçü vahidi  Əmsal
5Hesabat dövrü  Aylıq, rüblük, illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı, 1-VVADQ nömrəli rəsmi statistika hesabatı forması, Birləşmiş Millətlər Təşkilatının "Əhalinin təbii və miqrasiya hərəkətinin statistika qeydiyyatı sistemi üçün prinsipləri və tövsiyələri"
6.2Məlumatların təşkilatlararası bölgüsü  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır (http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf). Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur (http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf). İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti" sənədində öz əksini tapmışdır (http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf).
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılması təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıqlanması nəzərdə tutulmuş məlumatlar üzrə müvafiq bazaya bütün istifadəçilərin girişi bərabər səviyyədə təmin olunmuşdur. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9Yayım tezliyi   Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq təbii artımın ümumi əmsalı haqqında məlumatlar hər rüb təhlili məruzə, illik olaraq press-relizlər şəklində yayımlanır.
10.2Nəşrlər  Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanın əhalisi
10.3Onlayn məlumat bazası  Hazır cədvəllər bu linkdə mövcuddur https://stat.gov.az/source/demoqraphy/
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  BMT-nin Əhali Fondu müvafiq məlumatlarla təmin olunur. Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır
10.6Metodologiya üzrə sənədlər  Təbii artımın əmsalı göstəricisinə dair metodoloji tövsiyələr mövcuddur və metodoloji izahlar bu linkdən əldə edilə bilər: http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: https://www.stat.gov.az/menu/2/quality/; (https://www.azstat.org/MetaDataG/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Əhali statistikası üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə) dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/population_sb.pdf).
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, BMT-nin Əhali Fondu, digər nazirliklər, komitələr, elmi-tədqiqat mərkəzləri və beynəlxalq təşkilatlar
12.2İstifadəçi məmnunluğu Əhali statistikası sahəsi üzrə istifadəçilərlə illik görüşlərdə onların tələbləri öyrənilir və məmnuniyyəti üçün bütün zəruri tədbirlər görülür. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar.
12.3Dolğunluq  Təbii artımın əmsalı haqqında məlumatlar tam dolğundur və hər hansı dövr və ya sahə üzrə sual qarşıya çıxmamışdır.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndirmə aparılmamışdır.
13.2Seçmə xətası  Seçmə xətası hesablanmır.
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətası hesablanmır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Statistik işlər proqramı”na uyğun olaraq həyata keçirilir.
14.2Tam vaxtında yerinə yetirmə  Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Məlumatlar ölkə üzrə hesablanır
15.2Vaxt üzrə müqayisəlilik  Şəhər və kənd yerləri üzrə təbii artımın əmsalı – 1935-ci ildən aparılır və dinamika sıraları davamlı şəkildə verilir və fasilələr nəzərdə tutulmur.
15.3Sahələrarası uyğunluq  Məlumatlar şöbə tərəfindən əldə edildiyindən digər sahələrin statistik məlumatları ilə uyğunluq həyata keçirilmir.
15.4Daxili uyğunluq  Məlumatlarda uyğunsuzluq aşkar edilməmişdir.
16Xərc və yük  2014-cü ildən etibarən məlumatların toplanması onlayn rejimdə həyata keçirildiyindən xərclər və respondentə düşən yük əhəmiyyətli dərəcədə azaldılmışdır.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Rəsmi statistik məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. https://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Təbii artımın əmsalı doğulanlar və ölənlər haqqında ilkin məlumatlar alındıqdan sonra dəqiqləşmələr aparılır və müvafiq hesablamalar aparılaraq yekun məlumat alınır. İlkin məlumat ilə yekun məlumatlar arasında cüzi də olsa fərq olur.
18Statistik emal 
18.1İlkin məlumatlar Əhalinin siyahıyaalmaları - Dövlət Statistika Komitəsi; Doğulanlar - 1-VVADQ nömrəli rəsmi statistika hesabatı; Ölənlər - 1-VVADQ nömrəli rəsmi statistika hesabatı
18.2Məlumatların toplanması dövriliyi  Aylıq məlumatlar əsasında hesablanır.
18.3Məlumatların toplanması  Doğulanlar və ölənlər haqqında Ədliyyə Nazirliyi tərəfindən şəbəkə vasitəsi ilə təqdim edilən ilkin məlumatlar əsasında hesablanır.
18.4Məlumatlara nəzarət  Dövlət Statistika Komitəsində bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanması məqsədilə məntiqi nəzarətlər tətbiq edilir. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5Məlumatların ümumiləşdirilməsi Statistik təhlil əsasında əldə edilir.
18.6Düzəlişlər  Düzəlişlər aparılmır.
19Şərh  Əlavə şərh yoxdur.