1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Sənaye və tikinti statistikası şöbəsinin Tikinti statistikası sektoru |
1.3 | Əlaqə üçün məsul şəxs | Hacıbala Dadaşov |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | Sənaye və tikinti statistikası şöbəsinin müdiri |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | hajibalad@azstat.org |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | +99412 539 87 17 |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | +99412 538 90 73 |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 30.06.2014 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 26.09.2019 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | daimi və ya müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş, həmçinin belə məqsədlər üçün uyğunlaşdırılmış binalardır. Binanın ümumi sahəsinin 50 faizindən az olmayan hissəsi yaşayış üçün əlverişli olmalıdır. |
3.2 | Təsnifat sistemi | İqtisadi Fəaliyyət Növləri Təsnifatı, Mülkiyyət Növləri Təsnifatı, İnzibati Ərazi Bölgüsü Təsnifatı |
3.3 | Əhatə edilən sektor | İqtisadi Fəaliyyət Növləri Təsnifatının F seksiyası |
3.4 | Statistik anlayışlar və təriflər | Mülkiyyət növündən asılı olmayaraq bütün maliyyə mənbələri hesabına tikilib istifadəyə verilmiş və müəyyən edilmiş qayda üzrə istismara qəbul edilmiş yaşayış evləridir. |
3.5 | Statistik vahid | Məlumatlar hüquqi və fiziki şəxslərdən toplanır. |
3.6 | Statistik məcmu | Məlumatlar aylıq dövriliklə iri müəssisələrdən, rüblük dövriliklə isə kiçik sahibkarlıq subyektlərindən başdan-başa metodla əldə edilir. |
3.7 | İstinad zonası | Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları. |
3.8 | Vaxt əhatəliyi | Yaşayış evlərinə aid məlumatlar bütün illəri əhatə edir və dinamika sıraları mövcuddur. |
3.9 | Baza dövrü | Məlumatların müqayisəliyini təmin etmək üçün baza dövrü hesabat ilindən əvvəlki il götürülür. |
4 | Ölçü vahidi | kvadrat metr |
5 | Hesabat dövrü | aylıq, rüblük və illik |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur. |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Göstəricinin formalaşması üçün hüquqi, fiziki şəxslərdən və digər inzibati məlumat mənbələrindən istifadə olunur. |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | " • “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır
http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf
• Mikroməlumatlara giriş Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir.http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
• Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur.
http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf
• ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır.
http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
" |
7.2 | Məxfi məlumatların işlənməsi | İlkin məlumatlar bazasına giriş bağlı olur (məhkəmə qərarları əsasında verilmiş məlumatlar istisna olmaqla). Ümumiləşdirilmiş statistik məlumatlar yalnız o şərtlə yayımlanır ki, bu məlumatlarda ən azı 3 vahidin məlumatı öz əksini tapmış olsun, hər bir vahidin payı isə yekun məlumatın 85%-dən çox olmasın, əks halda məlumat bir daha aqreqasiya edilir və ya gizlədilir. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/ |
8.3 | İstifadəçi girişi | Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli əmrlə təsdiq edilmişdir. |
9 | Yayım tezliyi | Aylıq, Rüblük, İllik |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Dövlət Statistika Komitəsi Aparatının təhlil üzrə iş planına uyğun olaraq bu göstərici haqqında məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir. http://www.stat.gov.az/news/index.php?id=3549 |
10.2 | Nəşrlər | Məlumatlar "Tikintinin əsas göstəriciləri" adlı aylıq və illik, "Şəhər və rayonlar üzrə tikintinin əsas göstəriciləri" adlı rüblük bülletenlərdə, "Azərbaycanda tikinti" və digər statistik məcmuələrdə əks olunur. |
10.3 | Onlayn məlumat bazası | Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. http://www.azstat.org/MESearch/details?lang=az&type=2&id=36&departament=3 |
10.4 | Mikroməlumatlara giriş | Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf |
10.5 | Digər | Məlumatlarbütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur. |
10.6 | Metodologiya üzrə sənədlər | "Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər
http://www.stat.gov.az/menu/7/other_metadata/ |
10.7 | Keyfiyyət üzrə sənədlər | Sənədləşdirilmiş prosedurlar ("İnformasiyanın sənədləşdirlməsi proseduru", "Uyğunsuzluqların və təshihedci tədbirlərin idarə edilməsi proseduru", "Risklərin və imkanların idarə edilməsi proseduru", "Rəhbərlik tərəfindən təhlil", İstifadəçilərlə əks-əlaqələrin idarə edilməsi proseduru ) və Dövlət Statistika Komitəsinin 2017-ci il 02 oktyabr tarixli, 06/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Statistik biznes-prosesin ümumi modeli" əsasında hazırlanmış "Sənaye və tikinti statistikası üzrə proseslərin idarə olunması standartları və xəritəsi". |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir.Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur.Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO9001:2015beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur.Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | İldə bir dəfə Tikinti statistikası ilə bağlı istifadəçilərlə görüş keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. |
12.2 | İstifadəçi məmnunluğu | İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır. 04.12.2018-ci il tarixinə istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu keçirilmişdir. 2018-ci il dövrü üçün nəticələr buradan əldə oluna bilər: https://www.stat.gov.az/source/others/sorqu-yekun_11.12.2018.pdf |
12.3 | Dolğunluq | Yaşayış evlərinə dair məlumatlar tam dolğundur. |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Belə qiymətləndirmə aparılmamışdır. |
13.2 | Seçmə xətası | Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır. |
13.3 | Qeyri-seçmə xətası | Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 15.01.2013-cü il tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları"na uyğun aparılır. |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | İlkin məlumatlar hesabat dövründən sonrakı ayın 5-ci iş günü toplanır. Əldə olunan ilkin məlumatlar dərhal təhlil olunur və yekun məlumatlar hazırlanır. |
14.2 | Tam vaxtında yerinə yetirmə | Yaşayış evlərinə dair məlumatların yayılması "Statistik işlər proqramı"na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan geçikmə halları müşahidə olunmamışdır. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Yaşayış evlərinə dair məlumatlar ölkə və regionlar üzrə əldə edilir. |
15.2 | Vaxt üzrə müqayisəlilik | Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur. |
15.3 | Sahələrarası uyğunluq | Digər sahələrlə kənarlaşmalar müşahidə olunmur. |
15.4 | Daxili uyğunluq | Rüblük məlumatlar dəqiqləşdirildikdən sonra ilkin məlumatların dəqiqləşdirilməsi mümkündür. İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərqlər yarana bilər. |
16 | Xərc və yük | Statistik yükün azaıldılması məqsədilə kiçik müəssisələrdən məlumatlar rüblük dövriliklə toplanır. |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cıi il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | Belə təcrübə mövcuddur. |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | Mülkiyyət növündən asılı olmayaraq bütün maliyyə mənbələri hesabına tikib istifadəyə vermiş sifarişçi müəssisələr. |
18.2 | Məlumatların toplanması dövriliyi | Məlumatlar iri müəssisələr üzrə aylıq, kiçik müəssisələr üzrə rüblük dövrilikdə toplanılır. |
18.3 | Məlumatların toplanması | Məlumatlar onlayn rejimində əldə olunur. |
18.4 | Məlumatlara nəzarət | Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir. Bu məqsədlə nəzarət prosedurları və keyfiyyətə nəzarət cədvəlləri tətbiq olunur. |
18.5 | Məlumatların ümumiləşdirilməsi | İnvestisiyaya dair məlumatlarla bağlı bəzi impyutasiyalar həyata keçirilmir. |
18.6 | Düzəlişlər | Mövsümlük nəzərə alınmaqla yekunlarda düzəlişlər aparılmır. |
19 | Şərh | Əlavə şərh yoxdur. |