Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Əsas kapitala yönəldilmiş investisiyalar
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Sənaye və tikinti statistikası şöbəsinin Tikinti statistikası sektoru
1.3Əlaqə üçün məsul şəxs  Hacıbala Dadaşov
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Sənaye və tikinti statistikası şöbəsinin müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  hajibalad@azstat.org
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  539 84 02; 539 87 17
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 90 73
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 19.12.2016
2.3Metaməlumatların son yenilənməsi tarixi 26.09.2019
3Statistik təqdimat  
3.1Məlumatların izahı Bütün növ əsas vəsaitlərin alınmasına, yaradılmasına və istehsalına yönəldilmiş xərclərin məcmusudur. Əsas kapitala yönəldilmiş investisiyalar - tikinti-quraşdırma işlərinə, quraşdırılması tələb olunan və ya tələb olunmayan, tikili və obyektlərin smetasına daxil olan və ya daxil olmayan maşın və avadanlıqların alınmasına və quraşdırılmasına, işçi və məhsuldar heyvanların alınmasına, çoxillik əkmələrin və meşə zolaqlarının salınmasına, istehsal olunmayan aktivlərə mülkiyyət hüququnun verilməsinə, qeyri-maddi əsas fondlarının (layihə-axtarış işləri proqram təminatı, məlumat bazası, incəsənət və əyləncəli janr əsərlərinin orijinalları və s.) alınması və hazırlanmasına və əsas fondların dəyərinin artırılmasına yönəldilən sair işlərin yerinə yetirilməsinə sərf edilən xərclərin cəmindən ibarətdir. Əsas kapitala yönəldilmiş investisiyaların maliyyələşdirmə mənbələri müəssisə və təşkilatların öz vəsaitləri, büdcə vəsaitləri (dövlət büdcəsi və ya yerli büdcələr), əhalinin şəxsi vəsaitləri, bank kreditləri, büdcədənkənar fondların vəsaitləri və digər vəsaitlər ola bilər.
3.2Təsnifat sistemi  İqtisadi Fəaliyyət Növləri Təsnifatı, Mülkiyyət Növləri Təsnifatı, İnzibati Ərazi Bölgüsü Təsnifatı
3.3Əhatə edilən sektor  İqtisadi Fəaliyyət Növləri Təsnifatının A-dan S-dək seksiyaları
3.4Statistik anlayışlar və təriflər  Əsas kapitala yönəldilmiş investisiyaların həcminin hesablanması beynəlxalq standartlara və tələblərə cavab verən ümumi nəzəriyyəyə, ölkənin spesifik, fərqli xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış milli təsnifatlara əsaslanmaqla tərtib edilmiş metodoloji göstərişlər əsasında aparılır. Əsas kapitala yönəldilmiş vəsaitlər tikinti-quraşdırma işlərinə, quraşdırılması tələb olunan və ya tələb olunmayan, tikili və obyektlərin smetasına daxil olan və ya daxil olmayan maşın və avadanlıqların alınmasına və quraşdırılmasına, işçi və məhsuldar heyvanların alınmasına, çoxillik əkmələrin və meşə zolaqlarının salınmasına, layihə-axtarış və sair işlərin yerinə yetirilməsinə sərf edilən xərclərin cəmindən ibarətdir.
3.5Statistik vahid Məlumatlar hüquqi və fiziki şəxslərdən toplanır
3.6Statistik məcmu  Əsas kapitala yönəldilmiş investisiyanın əhatə etdiyi baş məcmu bütün tikintidir. Məlumatlar aylıq dövriliklə iri müəssisələrdən, rüblük dövriliklə isə kiçik sahibkarlıq subyektlərindən başdan-başa metodla əldə edilir.
3.7İstinad zonası  Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları.
3.8Vaxt əhatəliyi  Əsas kapitala yönəldilmiş investisiyaya dair məlumatlar bütün illəri əhatə edir və dinamika sıraları mövcuddur.
3.9Baza dövrü  Məlumatların müqayisəliyini təmin etmək üçün baza dövrü hesabat ilindən əvvəlki il götürülür.
4Ölçü vahidi  min manat
5Hesabat dövrü  aylıq,rüblük,illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Göstəricinin formalaşması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  " • “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Mikroməlumatlara giriş Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir.http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf "
7.2Məxfi məlumatların işlənməsi   İlkin məlumatlar bazasına giriş bağlı olur (məhkəmə qərarları əsasında verilmiş məlumatlar istisna olmaqla). Ümumiləşdirilmiş statistik məlumatlar yalnız o şərtlə yayımlanır ki, bu məlumatlarda ən azı 3 vahidin məlumatı öz əksini tapmış olsun, hər bir vahidin payı isə yekun məlumatın 85%-dən çox olmasın, əks halda məlumat bir daha aqreqasiya edilir və ya gizlədilir.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi    Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli əmrlə təsdiq edilmişdir.
9Yayım tezliyi   Aylıq, Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Dövlət Statistika Komitəsi Aparatının təhlil üzrə iş planına uyğun olaraq bu göstərici haqqında məlumatlar hər ay Komitənin internet səhifəsində yerləşdirilir. http://www.stat.gov.az/news/index.php?id=3549
10.2Nəşrlər  Bu göstəricilər “Azərbaycan rəqəmlərdə”, “Azərbaycanın statistik göstəriciləri” məcmuələrində və “Tikintinin əsas göstəriciləri” bülletenində nəşr etdirilir. http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. http://www.azstat.org/MESearch/search?departament=4&lang=az
10.4Mikroməlumatlara giriş   Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  Məlumatlarbütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
10.6Metodologiya üzrə sənədlər  "Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Sənədləşdirilmiş prosedurlar ("İnformasiyanın sənədləşdirlməsi proseduru", "Uyğunsuzluqların və təshihedci tədbirlərin idarə edilməsi proseduru", "Risklərin və imkanların idarə edilməsi proseduru", "Rəhbərlik tərəfindən təhlil", İstifadəçilərlə əks-əlaqələrin idarə edilməsi proseduru ) və Dövlət Statistika Komitəsinin 2017-ci il 02 oktyabr tarixli, 06/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Statistik biznes-prosesin ümumi modeli" əsasında hazırlanmış "Sənaye və tikinti statistikası üzrə proseslərin idarə olunması standartları və xəritəsi".
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf
11.2Keyfiyyət qiymətləndirilməsi  Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir.Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur.Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO9001:2015beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur.Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İldə bir dəfə Tikinti statistikası ilə bağlı istifadəçilərlə görüş keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır.
12.2İstifadəçi məmnunluğu İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır. 04.12.2018-ci il tarixinə istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu keçirilmişdir. 2018-ci il dövrü üçün nəticələr buradan əldə oluna bilər: https://www.stat.gov.az/source/others/sorqu-yekun_11.12.2018.pdf
12.3Dolğunluq  Əsas kapitala yönəldilmiş investisiyaya dair məlumatlar tam dolğundur.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndirmə aparılmamışdır.
13.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 15.01.2013-cü il tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları"na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma İlkin məlumatlar hesabat dövründən sonrakı ayın 5-ci iş günü toplanır. Əldə olunan ilkin məlumatlar dərhal təhlil olunur və bu təhlil əsasında investisiyanın ümumi həcmi hesablanır. Hesablamanın nəticəsinə əsasən yekun məlumatlar hazırlanır.
14.2Tam vaxtında yerinə yetirmə  Əsas kapitala yönəldilmiş investisiyalara dair məlumatların yayılması "Statistik işlər proqramı"na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan geçikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Əsas kapitala yönəldilmiş investisiyalara dair məlumatlar ölkə və regionlar üzrə əldə edilir.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur
15.3Sahələrarası uyğunluq  Digər sahələrlə kənarlaşmalar müşahidə olunmur.
15.4Daxili uyğunluq  Rüblük məlumatlar dəqiqləşdirildikdən sonra ilkin məlumatların dəqiqləşdirilməsi mümkündür. İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərqlər yarana bilər.
16Xərc və yük  Statistik yükün azaıldılması məqsədilə kiçik müəssisələrdən məlumatlar rüblük dövriliklə toplanır.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti  Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cıi il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18Statistik emal 
18.1İlkin məlumatlar Məlumat üçün mənbə tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq əsas kapitala investisiya yönəldən, tikililərin və obyektlərin inşasını həyata keçirən (maliyyələşdirən) sifarişçi müəssisə və təşkilatlar (əsas kapitala investisiya yönəltmiş bələdiyyələrə, investisiyadan mərkəzləşdirilmiş qaydada istifadə edən şirkətlərə, nazirliklərə, komitələrə, baş idarələrə və s.).
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar iri müəssisələr üzrə aylıq, kiçik müəssisələr üzrə rüblük dövrilikdə toplanılır.
18.3Məlumatların toplanması   Məlumatlar onlayn rejimində əldə olunur.
18.4Məlumatlara nəzarət  Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir. Bu məqsədlə nəzarət prosedurları və keyfiyyətə nəzarət cədvəlləri tətbiq olunur.
18.5Məlumatların ümumiləşdirilməsi İnvestisiyaya dair məlumatlarla bağlı bəzi impyutasiyalar həyata keçirilir.
18.6Düzəlişlər  Mövsümlük nəzərə alınmaqla yekunlarda düzəlişlər aparılmır.
19Şərh  Əlavə şərh yoxdur.