Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Sənaye məhsulunun(işlərin, xidmətlərin) dəyəri
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Sənaye və tikinti statistikası şöbəsinin Sənaye statistikası sektoru
1.3Əlaqə üçün məsul şəxs  Hacıbala Dadaşov
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  hajibalad@azstat.org
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 539-87-17
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538-90-73
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  30.11.2018
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 30.11.2018
2.3Metaməlumatların son yenilənməsi tarixi 26.09.2019
3Statistik təqdimat  
3.1Məlumatların izahı Əsas fəaliyyəti sənaye olan müəssisələr (hüquqi şəxslər) və onların ayrı-ayrı xüsusiləşdirilmiş bölmələri, hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti göstərən fərdi sahibkarlar tərəfindən, habelə ev təsərüffatları tərəfindən satılmaq üçün istifadə olunmuş sənaye məhsulunun, sənaye xarakterli işlərin, xidmətlərin dəyəri daxil edilir.
3.2Təsnifat sistemi  Sənaye məhsullarının statistik təsnifatı (siyahısı), İqtisadi fəaliyyət növlərinin statistik təsnifatı, Mülkiyyət növlərinin təsnifatı, İnzibati-ərazi bölgüsü təsnifatı. Bütün təsnifatlara giriş: http://www.azstat.org/tesnifat/
3.3Əhatə edilən sektor  İqtisadi Fəaliyyət Növlərinin təsnifatı üzrə iqtisadiyyatın B - Mədənçıxarma sənayesi, C - Emal sənayesi, D - Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, E - Su təchizatı; Çirkli suların və tullantıların təmizlənməsi seksiyaları əhatə olunur.
3.4Statistik anlayışlar və təriflər  İstehsal xidmətləri (sənaye xarakterli işlər) formasında ifadə olunan, müəssisələrin fəaliyyətinin (istehsal strukturları çərçivəsində əmək təsirinə məruz qalmış nemətlər, yəni hasil və ya emal edilmiş) birbaşa faydalı nəticəsidir.
3.5Statistik vahid Sənaye məhsulunun dəyərinin hesablanması üçün lazım olan məlumatlar hüquqi şəxslərdən və fərdi sahibkarlıq subyektlərindən toplanır.
3.6Statistik məcmu  Bütün sənaye müəssisələri və fərdi sahibkarlıq subyektləri.
3.7İstinad zonası  Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları.
3.8Vaxt əhatəliyi  Sənaye məhsulunun dəyərinin hesablanması üzrə göstəricilər bütün illəri əhatə edir.
3.9Baza dövrü  Məlumatların müqayisəliyini təmin etmək üçün baza dövrü hesabat ilindən əvvəlki il götürülür.
4Ölçü vahidi  Manat
5Hesabat dövrü  Aylıq, rüblük, illik.
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Sənaye məhsulunun(işlərin, xidmətlərin) dəyərinin hesablanması zamanı digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır.http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  Bütün istifadəçilər üçün giriş təmin edilmişdir. https://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9Yayım tezliyi   Aylıq, Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Dövlət Statistika Komitəsi Aparatının təhlil üzrə iş planına uyğun olaraq bu göstərici haqqında məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir.
10.2Nəşrlər  Göstəriciyə dair məlumatlar "Azərbaycanın sənayesi", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycan rəqəmlərdə" və "Azərbaycanın regionları" məcmuələrində əks olunur. http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. https://www.stat.gov.az/source/industry/
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5Digər  Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və ya yazılı formada cavablandırılır.
10.6Metodologiya üzrə sənədlər  "Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Sənədləşdirilmiş prosedurlar ("İnformasiyanın sənədləşdirlməsi proseduru", "Uyğunsuzluqların və təshihedci tədbirlərin idarə edilməsi proseduru", "Risklərin və imkanların idarə edilməsi proseduru", "Rəhbərlik tərəfindən təhlil", İstifadəçilərlə əks-əlaqələrin idarə edilməsi proseduru ) və Dövlət Statistika Komitəsinin 2017-ci il 02 oktyabr tarixli, 06/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Statistik biznes-prosesin ümumi modeli" əsasında hazırlanmış "Sənaye və tikinti statistikası üzrə proseslərin idarə olunması standartları və xəritəsi".
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə "Statistik biznes-prosesin ümumi modeli" tətbiq edilir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir.Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur.Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İldə bir dəfə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Sonuncu görüş 27 sentyabr 2018-ci il tarixində keçirilmişdir.
12.2İstifadəçi məmnunluğu İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır. 04.12.2018-ci il tarixinə istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu keçirilmişdir. 2018-ci il dövrü üçün nəticələr buradan əldə oluna bilər: https://www.stat.gov.az/source/others/sorqu-yekun_11.12.2018.pdf
12.3Dolğunluq  Sənaye məhsulunun dəyərinə dair məlumatlar tam dolğundur.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndimə aparılmamışdır.
13.2Seçmə xətası  Seçmə xətası hesablanmır.
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma 30 gün
14.2Tam vaxtında yerinə yetirmə  Sənaye məhsulunun dəyərinə dair məlumatların hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Sənaye məhsulunun (işlərin, xidmətlərin) dəyərinə dair məlumatlar ölkə, region, həmçinin şəhər və rayon yerləri üzrə hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları 1990-cı ildən başlayaraq davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3Sahələrarası uyğunluq  Məlumatlar yalnız Dövlət Statistika Komitəsi tərəfindən toplanır.
15.4Daxili uyğunluq  Daxili uyğunluq təmin edilmişdir.
16Xərc və yük  Statistik yükün azaldılması məqsədilə kiçik müəssisələrdən məlumatlar rüblük dövrilikdə toplanır.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. https://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Dövlət Statistika Komitəsinin 10.05.2016-cıi il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
18Statistik emal 
18.1İlkin məlumatlar 1-istehsal (sənaye), 1-fərdi sahibkar rəsmi statistika hesabatları.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar iri və orta müəssisələr üzrə aylıq, kiçik müəssisələr üzrə rüblük dövrilikdə toplanılır.
18.3Məlumatların toplanması  Məlumatlar onlayn rejimində əldə olunur.
18.4Məlumatlara nəzarət  Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir. Bu məqsədlə nəzarət prosedurları və keyfiyyətə nəzarət cədvəlləri tətbiq olunur.
18.5Məlumatların ümumiləşdirilməsi İmpyutasiyalar həyata keçirilmir.
18.6Düzəlişlər  Düzəlişlərin aparılmasına ehtiyac yaranmamışdır.
19Şərh  Əlavə şərh yoxdur.