1 | Əlaqə | |
1.1 | Təşkilat | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi |
1.2 | Təşkilatın məsul struktur bölməsi | Energetika və ətraf mühit statistikası şöbəsi |
1.3 | Əlaqə üçün məsul şəxs | Rəna Lazımova |
1.4 | Əlaqə üçün məsul şəxsin vəzifəsi | şöbə müdiri |
1.5 | Əlaqə üçün məsul şəxsin poçt ünvanı | AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti |
1.6 | Əlaqə üçün məsul şəxsin e-poçtu | renal@azstat.org |
1.7 | Əlaqə üçün məsul şəxsin telefon nömrəsi | +99412 538 6303; +99412 5389361 |
1.8 | Əlaqə üçün məsul şəxsin faks nömrəsi | +99412 538 2442 |
2 | Metaməlumatların yenilənməsi | |
2.1 | Metaməlumatların son təsdiq tarixi | |
2.2 | Metaməlumatların son yerləşdirilməsi tarixi | 02.07.2014 |
2.3 | Metaməlumatların son yenilənməsi tarixi | 18.06.2019 |
3 | Statistik təqdimat | |
3.1 | Məlumatların izahı | Nəql edilərkən - suyun götürüldüyü yürdən istehlakçıya çatdırılmasınadək - itən suyun ümumi miqdarını əks etdirir |
3.2 | Təsnifat sistemi | İqtisadi Fəaliyyət Növləri üzrə Təsnifat və İnzibati-Ərazi Bölgüsü Təsnifatı |
3.3 | Əhatə edilən sektor | E seksiyası- Su təchizatı; Çirkli suların və tullantıların təmizlənməsi |
3.4 | Statistik anlayışlar və təriflər | Təbii mənbələrdən götürülən su, su istehlakı, atılan çirkab su, dövrü təkrar su təchizatı, nəql zamanı su itkisi və s. |
3.5 | Statistik vahid | Hüquqi şəxs |
3.6 | Statistik məcmu | Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə sudan istifadə edən təsərrüfatlardır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir. |
3.7 | İstinad zonası | Respublika, rayonlar, fəaliyyət növləri üzrə |
3.8 | Vaxt əhatəliyi | 1981-ci ildən başlayaraq bütün illəri əhatə edir. |
3.9 | Baza dövrü | İqtisadi inkişaf və struktur dəyişilklikləri nəzərə alınaraq baza dövrq dəyişdirilir. Sonuncu baza dövrü 2005-ci ildir |
4 | Ölçü vahidi | milyon kub metr |
5 | Hesabat dövrü | illik |
6 | İnstitusional mandat | |
6.1 | Hüquqi aktlar və digər razılaşmalar | BMT-nin Avropa İqtisadi Komissiyasının "Ekoloji göstəricilər və onlara əsaslanan qiymətləndirmə məruzələri"ndən istifadə olunur |
6.2 | Məlumatların təşkilatlararası bölgüsü | Yekun məlumatı Meliorasiya və Su Təsərrüfatı ASC Dövlət Statistika Komitəsinə təqdim edir. |
7 | Məxfilik | |
7.1 | Məxfilik siyasəti | “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. |
7.2 | Məxfi məlumatların işlənməsi | "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər. |
8 | Yayım (nəşr) siyasəti | |
8.1 | Yayım (nəşr) təqvimi | Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir. |
8.2 | Yayım təqviminə giriş | Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/) |
8.3 | İstifadəçi girişi | Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf |
9 | Yayım tezliyi | İllik |
10 | Bərabər giriş və aydınlıq | |
10.1 | Mətbu məlumat | Ətraf mühit statistikası üzrə məlumatlar həm kağız, həm də elektron versiyalar şəklində yayımlanır |
10.2 | Nəşrlər | "Azərbaycanda ətraf mühit" adlı məcmuədə nəşr olunur |
10.3 | Onlayn məlumat bazası | Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, illik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır. |
10.4 | Mikroməlumatlara giriş | Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. |
10.5 | Digər | İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/ |
10.6 | Metodologiya üzrə sənədlər | "Sudan istifadəyə dair" 2-TG (su təsərrüfatı) №-li hesabat formasının doldurulmasına dair göstəriş (http://www.stat.gov.az/menu/4/e-reports/az/07/007_.php) |
10.7 | Keyfiyyət üzrə sənədlər | --- |
11 | Keyfiyyətin idarə olunması | |
11.1 | Keyfiyyət təminatı | Keyfiyyətin idarə olunması sistemi üzrə işlər davam etdirilir. |
11.2 | Keyfiyyət qiymətləndirilməsi | Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır. 2017-ci ildən keyfiyyətin idarə olunması sistemində İSO 9001/2015 standartı tətbiq edilmişdir. |
12 | Aktuallıq | |
12.1 | İstifadəçi tələbatları | Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir. |
12.2 | İstifadəçi məmnunluğu | İstifadəçi məmnunluğunu öyrənmək məqsədilə Komitənin veb-saytında mütəmadi olaraq onlayn sorğular keçirilir və sonuncu dəfə 04.12.2018-ci il tarixində “İstifadəçilərin statistik məlumatlarla təmin olunması” barədə keçirilmiş onlayn sorğunun nəticələri veb-saytda yerləşdirilmişdir (https://www.stat.gov.az/source/others/sorqu-yekun_11.12.2018.pdf) |
12.3 | Dolğunluq | Məlumat tam dolğun əhatə olunur |
13 | Dəqiqlik və etibarlılıq | |
13.1 | Ümumi dəqiqlik | Müşahidə nəticəsində alınmış qiymət həqiqi qiymətə tam uyğundur |
13.2 | Seçmə xətası | Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil |
13.3 | Qeyri-seçmə xətası | Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. |
14 | Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə | |
14.1 | Vaxtlı-vaxtında olma | Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 97 təqvim, 75 iş günü mövcuddur. |
14.2 | Tam vaxtında yerinə yetirmə | Su barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır. |
15 | Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik | |
15.1 | Coğrafi müqayisəlilik | Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir |
15.2 | Vaxt üzrə müqayisəlilik | 1981-2018-ci illəri əhatə edən dinamika sırasında fasilə mövcud deyil |
15.3 | Sahələrarası uyğunluq | Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur |
15.4 | Daxili uyğunluq | Sudan istifadəni xarakterizə edən göstəricilər üzrə (təbii mənbələrdən götürülən su, su istehlakı, atılan çirkab su, dövrü təkrar su təchizatı, nəql zamanı su itkisi və s.) ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər. |
16 | Xərc və yük | 2-TG (su təsərrüfatı)№-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların qarşıdakı illərdə onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verəcək. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradacaq. |
17 | Məlumatların dəqiqləşdirilməsi | |
17.1 | Məlumatların dəqiqləşdirilməsi siyasəti | Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf |
17.2 | Məlumatların dəqiqləşdirilməsi təcrübəsi | Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir |
18 | Statistik emal | |
18.1 | İlkin məlumatlar | Sudan istifadəyə dair məlumatlar 2-TG (su təsərrüfatı) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə sudan istifadə edən təsərrüfatlardır. |
18.2 | Məlumatların toplanması dövriliyi | Məlumatlar illik dövriliklə toplanır |
18.3 | Məlumatların toplanması | Məlumat kağız daşıyıcılarda Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli orqanlarına təqdim olunur, Meliorasiya və Su Təsərrüfatı ASC isə icmal məlumatları kağız daşıyıcılarda Dövlət Statistika Komitəsinə təqdim edir |
18.4 | Məlumatlara nəzarət | Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir. |
18.5 | Məlumatların ümumiləşdirilməsi | Sudan istifadəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır. |
18.6 | Düzəlişlər | ---- |
19 | Şərh | Əlavə şərh yoxdur. |